Tovuzda şəhidlər haqqında nalayiq ifadələr işlədən şəxsi döyənlər saxlanılıb - Şəhidləri təhqir edən də TUTULMALIDIR!
Sosial şəbəkələrdə Tovuz rayon sakini Aqil İbrahimovun sərxoş halda Vətən Müharibəsi şəhidi barədə nalayiq ifadələr işlətdiyinə görə bir qrup şəxs tərəfindən döyülərək qəbiristanlıqda şəhid məzarlarından üzr işlədilməsi görüntüləri yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, məsələ ilə əlaqədar Tovuz rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri - Taleh Hüseynov, Sürət Məmmədov, Tural Əhmədov, Elşad Rzayev, Elnur Bayramov, Əli Hüseynzadə və Telman Nağıyev saxlanılıb.
Hazırda RPŞ-də araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Tovuz rayonunun Qovlar kəndində şəhidlər haqqında nalayiq ifadələr işlətdiyi bildirilən şəxsi bir neçə nəfər qəbiristanlığa gətirərək, üzr istəməyi tələb edib. Onlar qəbiristanlıqda həmin şəxsi şəhidlərin məzarı önündə diz çökməyə və daha sonra məzar daşlarını öpməyə məcbur edib, həmin prosesi lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-10-2021, 12:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-10-2021, 12:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti