Anasını qaynar su ilə yandıran yeniyetmə niyə sərbəst buraxılıb? - AÇIQLAMA
Bakıda 15 yaşlı oğlanın atasının təkidi ilə anasının üzərinə qaynar su tökərək yandırmasına dair məlumatlar yayılıb.
Hadisə Bakının Xəzər rayonunda qeydə alınıb. İddialara görə, üç ay əvvəl 15 yaşlı M.Nəsirov anası 35 yaşlı G.Nəsirovanın üzərinə qaynar su tökərək onu yandırıb. Araşdırmalar nəticəsində hadisənin qəsdən törədildiyi, M.Nəsirovu buna atası C.Nəsirovun məcbur etdiyi bildirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, ata və oğlu saxlanılıb.
DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən hadisə bu ilin iyulun 2-də Binə qəsəbəsi Südçülük Sovxozu adlanan ərazidə qeydə alınıb:
“Yetkinlik yaşına çatmayan M.Nəsirli yaşadıqları evdə ehtiyatsızlıqdan anası G.Nəsirovanın üzərinə əlində olan qazanın içərisindəki qaynar suyu töküb. Nəticədə o, anasının sağlamlığına ağır dərəcəli bədən xəsarəti yetirib. Hadisənin hərtərəfli araşdırılması üçün Xəzər Rayon Polis İdarəsi tərəfindən həm M.Nəsirli, həm də ailə başçısı C.Nəsirov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Hadisə ilə bağlı ilkin olaraq Xəzər RPİ-də qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma zamanı hadisənin həqiqətən də ehtiyatsızlıqdan baş verdiyi toplanmış materiallar əsasında sübuta yetirilib. Bu səbəbdən cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən 131.2 (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Hadisəni törədən M.Nəsirli barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün toplanmış materiallar Xəzər Rayon Prokurorluğuna göndərilib. Lakin həmin şəxs barədə həbs qətimkan tədbirinin seçilməsi üçün təqdim edilən vəsatət rədd edilib”.
Araşdırmalardan sonra M.Nəsirli barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. İş üzrə saxlanılan ailə başçısı C.Nəsirovun isə şübhəli şəxs statusuna xitam verilib və o, saxlanıldığı Xəzər RPİ-nin Müvəqqəti Saxlama Yerindən azad olunub.
İstintaq davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-10-2021, 18:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-10-2021, 18:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45