reklam
Regionxeberlericom.az » Sosial » Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır - Rəsmi Bakıdan ÇAĞIRIŞ

reklam

Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır - Rəsmi Bakıdan ÇAĞIRIŞ



Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır.

Bunu Suqovuşanda Trend-ə özəl açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan Respublikası delimitasiya və demarkasiya prosesinə hazırdır. Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasında Azərbaycanın bununla bağlı mövqeyini açıqladı:

“Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasına və delimitasiya prosesinə başlamağa hazırdır. Sülh müqaviləsi ilə bağlı prosesdə isə ilk növbədə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır".

Kommunikasiya xətlərinin açılması məsələsindən də danışan Hikmət Hacıyev bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli müzakirələr aparılır: "Bu istiqamətdə intensiv görüşlər keçirilib, amma Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır".

Qeyd edək ki, oktyabrın 16-da diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri təşkil olunub. Səfərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.

Bu, diplomatik korpus nümayəndələrinin azad olunmuş ərazilərə sayca 7-ci səfəridir. Budəfəki səfərdə məqsəd azad olunmuş ərazilərdə Ermənistanın törətdiyi dağıntılarla yanaşı, aparılan quruculuq işləri ilə də tanışlıqdır.


Paylaş:


Müəllif : Tarix:
16-10-2021, 14:24
Sikayət   


loading...
Загрузка...