Məhkəməyə qeyri-peşəkar nümayəndə göndəriləndə... - QALMAQAL
“Caspian Service” MMC ilə Azərbaycan Milli Konservatoriyası arasında illərdir davam edən problem barədə redaksiyamız bir neçə materiallarla çıxış edib və sonuncu yazımızda qeyd etmişdik ki, tikinti şirkəti Milli Konservatoriyada gördüyü işlərin pulunu ala bilmədiyinə görə məhkəmə çəkişməsi Bakı Apellyasiya məhkəməsində davam edəcək. 13.10.2021-ci ildə baş tutan məhkəmə çəkişməsində Milli Konservatoriyanı təhsil müəssisəsinin gənc hüquqşünası Elgün Qasımov və baş mühaisibi İbadət Hüseynov təmsil etmişdir. Əvvəlki iclasdakı kimi yenə də iclas sədrinin ilk suallarından məlum olmuşdur ki, Elgün Qasımov nə işin mahiyyətindən tam xəbərdardır, nə də iş materiallarını dəqiq öyrənmədiyindən verilən suallara cavab vermək iqtidarında deyil. Belə ki, 06.10.2021-ci il tarixdə olan iclasda hakim həmin nümayəndədən tələb etmişdi ki, görülən işlərin dəyərinin tam ödənilməsinə, “Caspian Service” MMC-nin tələb etdiyi borc məbləğinin həqiqiliyinə dair cənab prezidentə və baş nazirə ünvanlanan məktubların mahiyyətinə, imzalanan ikitərəfli aktların mövcudluğuna dair suallara aydınlıq gətirsin və əgər varsa, iddianı rədd edən sənəd təqdim etsin. Lakin, əvəzində nümayəndə Elgün Qasımov baş mühasib İbadət Hüseynovu götürüb məhkəməyə gəlir və yenə də bütün verilən suallara cavab verə bilmir. Suallar isə çox sadə idi : -
- Əgər Milli Konservatoriya “Caspian Service” MMC-yə əlavə işlər sifariş verməyibsə və həmin işlərin nəticəsini qəbul etməyibsə, o zaman FHN-nin ekspertiza idarəsində razılaşdırılan toplu smeta və rəy nəyə gərəkdir?
- Milli Konservatoriyanın “E” bloku hansı vəsait ilə tikilib?
- Nəyə görə “E” blokunda işlər indiyə kimi tamamlanmayıb?
- Nəyə görə “E” bloku istismara icazə aktında əks edilməyib?
- Nəyə görə Milli Konservatoriyanın rektoru “Caspian Service” MMC-yə borc məbləğinin olması, onun ödənilməsi və yarımçıq qalmış işlərin tamamlanması məqsədilə vəsait ayrılması barədə sərəncam verilməsi üçün cənab prezidentə və baş nazirə məktub ünvanlayıb?
- Nəyə görə rektorun imzası ilə təsdiqlənən üzləşmə aktındakı məbləğ hazırda “Caspian Service” MMC tərəfindən tələb edildiyi halda, onu ödəmək istəmirsiniz?
- Bəlkə sənədlərdəki və məktublardakı imzalar rektorun deyil? Və bu qəbildən digər suallar...
Konkret, həm də iddianın mahiyyətini əks etdirən ən sadə suallara cavab verməkdə çətinlik çəkən hüquqşünasın vəziyyətini yaxşılaşdırmağa çalışan baş mühasib isə əslində ondan geri qalmırdı. İbadət Hüseynov gah yersiz olaraq üzrlər istəməklə hakimlərin suallarından yayınır, gah təyin edildiyi ildən əvvəlki vaxtlara dair suallara cavab vermək istəmədiyini vurğulayır, gah da, sənədlərdəki imzaların saxta olmasını iddia edirmiş kimi qeyri-müəyyən ifadələrlə prosesi əsl mahiyyətindən çıxarmağa uğursuz cəhdlər edirdi. Baş mühasib İbadət Hüseynovun sözündən elə məlum olurdu ki, həmin imzaları ya rektor çəkməyib, ya bilmədən çəkib, ya da nə olsun ki.., çəkib, çəkib də. Halbuki, onun özü elə rektorun çəkdiyi imza ilə mötəbər məhkəmədə söz demək hüququ alıb.
Proses zamanı “Caspian Service” MMC-nin rektorun məhkəməyə dəvət edilməsinə və FHN-nə sorğu göndərilməsinə dair vəsatətləri təmin edilməmişdir. Eyni zamanda ekspertiza təyin edilməsinə dair vəsatət baxılmamış qalmışdır. Proses 20.10.2021-ci il tarixdə davam etdiriləcək.
Konkret suallara Konservatoriyanı məhkəmədə təmsil edənlərin cavab verə bilməməsi bir daha tikinti şirkətinin haqlı olduğunu təsdiqləyir. Bundan əvvəlki yazımızda ədalətin öz yerini niyə gec tutmasını qabartmışdıq. İndi dairənin qapanması və nəhayət ədalətin zəfər çalması məqamına çox yaxınıq və ümid edirik ki, bir daha uzaqlaşmayacağıq.
Moderator.az
Paylaş:
Müəllif : Yazar
Tarix:18-10-2021, 13:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-10-2021, 13:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti