7 rəngdə sement istehsal edən 109 yaşlı zavod kimə SATILIB? - DETALLAR
Tovuz rayonunda 70 il fəaliyyət göstərən, tarixi 100 ildən əvvələ gedib çıxan və qülləsi tarixi abidə kimi qeydə alınan sement istehsalı zavodunun şəxsi mülkiyyətdə olduğunu xəbər vermişdik. Hazırda xarabalığı xatırladan tarixi abidənin bərpası, istismarı mülkiyyətçinin səlahiyyətindədir.
Bu barədə saytımıza Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat vermişdi.
Onun sözlərinə görə tarixi binanın qorunması üçün abidə mühafizəçiləri tərəfindən əraziyə mütəmadi olaraq baxış keçirilsə də, abidənin bərpası və istifadəsi sahibinin ixtyarındadır. Belə ki, qanunvericiliyə uyğun olaraq mülkiyyətçi vəsaiti hesabına müvafiq dövlət orqanları ilə razılaşdırılmaqla abidənin bərpasını və istismarını həyata keçirə bilər.
Maraqlıdır, qüllənin sahibi kimdir və vaxtilə dünyanın 40-dan artıq ölkəsinə 7 rəngdə sementdən hazır məhsul göndərən tarxi abidə niyə özəlləşdirilməyə çıxarılıb?
Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Bizim.Media-ya açıqlamasında ölkə və yerli əhəmiyyətli tarixi abidələrin şəxsi mülkiyyətdə ola biləcəyini vurğulasa da, sözügedən qüllənin sahibinin kim olduğu haqda məlumatsız olduğunu qeyd edib və bizi Tovuz Rayon icra Hakimiyyətinə yönləndirib.
Tovuz rayon icra başçısının müavini Elşən Mürsəlov isə məsələnin araşdırılması üçün bizdən zaman alıb.
Tarixi binaların özəlləşdirilməyə çıxarılması prosedurundan danışan hüquqşünas Əsabəli Mustafayev tarixi binaların şəxsi mülkiyyətə verilməsi təcrübəsinin bütün dünyada mövcud olduğunu bildirib:
“Düzdür, daha çox belə binalar icarəyə verilir. Ancaq şəxsi mülkiyyətə verilən zaman şəxslə dövlət arasında müqavilə bağlanır. Müqavilənin məzmunu ondan ibarət olur ki, binanı mülkiyyətə götürən şəxs onun tarixi əhəmiyyətini saxlamaq üçün tədbirlər görür. Restavrasiyası və bərpasını öz vəsaiti hesabına həyata keçirir. İstismarına isə o zaman yol verilir ki, tarixi abidənin nüfuzuna, qiymətinə, cəmiyyət üçün olan dəyərinə xələl gəlməsin. Kobud desək, orada hin və ya tövlə düzəltməsin. Belə bir müqavilə mütləq olmalıdır”.
Hüquqşünasın sözlərinə görə əgər tarixi bina müqaviləsiz satışa çıxarılıbsa, bu, artıq hansısa məqsədlərdən ötrü edilib:
“Tutaq ki, rüşvət elementi ola bilər. Çünki tarixi binaların elə-belə özəlləşdirilməsi, yaxud icarəyə verilməsi olmur. Dövlət o əsası gətirir ki, vəsaiti və gücü yoxdur, abidənin bərpasına pul qoya bilmir. Kimsə bunu öhdəsinə götürür. Sadəcə bu məsələdə də araşdıırmaq lazımdır ki, dövlətlə həmin tarixi binanı alan şəxs arasında müqavilə varmı? Yoxdursa, cəmiyyət tələb edə bilər ki, mülkiyyət həmin şəxsdən alınsın və kompensasiya ödənilməklə yenidən dövlətin səlahiyyətinə qaytarılsın. Xaricdə belə tarixi əhəmiyyətli binalar icarəyə verilərkən dövlət ilk növbədə onun qorunub saxlanmasını, cəmiyyət üçün əlçatımlı olmasını və əvvəlki görünüşdə qalmasını tələb edir”.
Xatırladaq ki, 1912-ci ildə tikilmiş və tarixi abidəyə çevrilmiş binanın qülləsi baxımsız durumdadır.
Sovet dönəmində dünyanın 40-dan artıq ölkəsinə 7 rəngdə sementdən hazır məhsul göndərən, məşhur Lenin Mavzoleyinin və Moskva metrosunun tikintisində, Sankt-Peterburqda dekorasiya işlərinin görülməsində istifadə olunan zavodun ölkənin iqtisadi inkişafında böyük rolu olub.
1982-ci ildə Tovuz sement zavodunun ekoloji tarazlığı pozulduğu üçün bağlanıb. 90-cı illərin əvvəllərində isə zavodun həyətində olan qış və yay mədəniyyət evi, istirahət parkı, eləcə də digər inzibati binalar sökülüb. Hazırda zavodun yalnız toz və tüstüsünün çıxdığı 35-40 metr hündürlüyündə olan qülləsi qalıb. Tovuzun əksər hissəsindən görünən, öz əzəmətini indiyədək saxlayan zavod qülləsinin 109 yaşı var.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-10-2021, 13:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-10-2021, 13:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16