“Beynəlxalq təşkilatların rəyi olsa da, ümumilikdə bir laqeyd yanaşma var” - ETİRAZ
2020-ci ilin 17 oktyabrında bir üzümüz gülürdüsə, bir tərəfdən də göz yaşı içində idik. Bu tarixdə Füzulinin azad olunması xəbərini xalq sevinclə qarşılasa da, həmin gün Gəncənin bombalanması nəticəsində cəbhə bölgəsində 60 kilometr aralıda mülki, dinc insanların ölməsinə, onların arasında azyaşı uşağın olmasına qan ağlayırdıq. Bu, erməni terrorunun növbəti vəhşiliyi idi, bu, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayət idi. “Yeni Müsavat”ın xəbərinə görə, artıq Ombudsman Səbinə Əliyeva Gəncənin əhalinin sıx məskunlaşdığı mərkəzi hissələrinin Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutulmasının birinci ildönümü ilə bağlı dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara müraciət edib.
Müraciətdə bildirilib ki, bu dəhşətli hücum nəticəsində içərisində uşaq və qadınların da olduğu 15 nəfər mülki şəxs qətlə yetirilib, 50 nəfərdən çox dinc sakin isə yaralanıb. Bundan əlavə, 20-yə yaxın ev dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyib, ərazidəki nəqliyyat vasitələri yararsız hala düşüb.
Ombudsman bildirib ki, təqdim etdiyimiz həmin sənədlərdə kifayət qədər təkzibolunmaz sübutların olmasına baxmayaraq, təəssüflər olsun ki, bu dəfə də Ermənistanın Azərbaycana qarşı törətdiyi sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri zamanı insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktlarına beynəlxalq hüquqi qiymət verilməyib.
Yada salaq ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə raket hücumları həyata keçirildi. Hücumlar nəticəsində 27 nəfər öldü, 70 nəfərdən artıq insan yaralandı. 28 oktyabr 2020-ci il, saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəs rejimi yenidən kobud şəkildə pozuldu və Bərdə rayonunun mərkəzi, dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazilər “Smerç” yaylım atəşli reaktiv sistemindən hücuma məruz qaldı. Düşmən tərəf törətdiyi əməllərlə kifayətlənməyərək davamlı olaraq ballistik raket və ağır artilleriya ilə Mingəçevir, Tərtər, Ağdam, Şəmkir, Naftalan, Ağcabədi, Xızı, Füzuli, Cəbrayıl, Beyləqan və digər yaşayış məntəqələrində də öz müharibə cinayətlərini həyata keçirmək məqsədilə davamlı həmlələr etmişdi. Bəs beynəlxalq təşkilatların “tükünü tərpətmək” necə mümkündür? Gəncə terrorunu hər zaman beynəlxalq ictimaiyyətin diqqətində saxlamaq, Ermənistana sanksiyalar tətbiq etmək üçün hansı addımlar atmaq lazımdır?
İnsan Haqları üzrə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı “Yeni Müsavat”a bildirdi ki, beynəlxalq təşkilatların Gəncə hadisəsinə susqun olduğunu düşünmür. Onun sözlərinə görə, terrordan 1 həftə sonra Monitorinq Qrupu olaraq bəyanatla çıxış ediblər və bu, dünyaya yayılıb: “BMT İnsan Hüquqları Komitəsi bizə telefon açdı. Həmin zaman müharibənin qızğın vaxtı idi, belə vəziyyətdə onlara ən müfəssəl məlumatları göndərdiyimiz üçün təşəkkür etdilər. Sonra videoformatda müzakirə oldu, Bərdə, Tərtər, Gəncə dəhşətləri haqda məlumat vermişik. Tək bu deyil, ermənilərin törətdiyi ekoloji cinayətlər, minalarla bağlı işləyirik, beynəlxalq təşkilatlarla təmasda olmuşuq. Sadəcə, onlardan cavab gözləmək çətindir, bizim göndərdiyimiz məlumat əsasında işləyirik. Onlara dəqiq məlumat vermək işimizdir. Elə olur ki, səthi informasiya göndərilir”.
Hüquq müdafiəçisi bildirdi ki, ermənilərin Gəncədə törətdiyi insanlıq cinayətinə beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilməlidir: “Azərbaycan beynəlxalq tribunalara, Haaqa Məhkəməsinə müraciət etməlidir. Çünki bu, terrordur və günahsız insanlar qurban gedib. Əlbəttə ki, beynəlxalq təşkilatların hadisəyə hüquqi qiyməti olmalıdır”.
Aydınlar Partiyasının sədri, hüquqşünası Qulamhüseyn Əlibəyli qeyd etdi ki, Gəncə hadisələri müharibə cinayətidir. Onun sözlərinə görə, beynəlxalq təşkilatların rəyi olsa da, ümumilikə bir laqeyd yanaşma var. Q.Əlibəyli hesab edir ki, QHT-lər, siyasi partiyalar beynəlxalq təşkilatlara müraciət edib, artıq sənədləri hazırlayıb məhkəməyə müraciət etmək zamanıdır: “Bizim partiyamız da beynəlxalq təşkilatlara müraciət ünvanlamışdı. Necə ki, ermənilər BMT məhkəməsində bizə qarşı iddia qaldırırlar, biz də həm təzminat ala bilərik, həm də Gəncə hadisəsinin müharibə cinayəti olduğunu təsdiqlədərik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-10-2021, 09:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-10-2021, 09:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti