Kürdəmirin Muğanlı kəndində yol problemi sakinlərin narazılığına səbəb olub - GİLEY

Kürdəmirin Muğanlı kəndini rayon mərkəzi ilə birləşdirən əsas yol keçilməz vəziyyətə düşüb. Təqribən 50 il bundan əvvəl çəkilərək asfaltlaşdırılan yola sonradan bir daha asfalt döşənməyib.
“Report”un yuxarı Şirvan bürosu xəbər verir ki, rayon mərkəzindən 15 kilometrlik məsafədə yerləşən kəndin yolunun 11 kilometri Bakı-Qazax magistralından keçir, qalan 4 kilometr isə Muğanlı kəndinə gedən yoldur. 1 000-dən yuxarı sakinin yaşadığı Muğanlı kəndinin əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı və maldarlıqdır.
Sakinlər yolun bu vəziyyətdə olması ilə əlaqədar aidiyyəti qurumlara müraciət etsələr də, bu günə kimi onların səsinə haray verən olmayıb.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Memarlıq Şöbəsinin müdiri Məhəmməd Hidayətov “Report”un yerli bürosuna bildirib ki, sözügedən yolun 4 kilometrlik hissəsinin asfaltlaşdırılması üçün layihə hazırlanıb: “Muğanlı kəndini rayon mərkəzi ilə birləşdirən yolun 4 kilometr hissəsinin asfaltlaşdırılması üçün layihə “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na salınıb. Belə ki, 2022-ci ildə Muğanlı kəndinin 4 kilometrlik hissəsinə asfalt örtüyünün döşənməsi işlərinə başlanılacaq. Bununla da, kənd sakinlərinin və bu yoldan istifadə edən vətəndaşların yol problemi öz həllini tapacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-10-2021, 17:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-10-2021, 17:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT