reklam
Regionxeberlericom.az » Sosial » "Şou-biznesdə heç bir qadına bacı demərəm" - QALMAQAL

reklam

"Şou-biznesdə heç bir qadına bacı demərəm" - QALMAQAL



Müğənni Ülvi Qılınc Türkiyədə özünə yeni biznes qurub.

Artıq Türkiyəyə köçüb və gəlir əldə etmək üçün zinət əşyalarının satışı ilə məşğuldur: “Azərbaycanda həqiqi musiqi bitdiyinə görə, normal müğənnilər Azərbaycandan qaçmağa başlayıblar. Aralarında həqiqətən yaxşı oxuyanlar var. İndi musiqimiz biabırçı vəziyyətdədir. Ona görə də qardaş ölkəyə üz tutmuşam ki, kənarda nəsə edək və Azərbaycan musiqisinin gözəlliyini təqdim edək. Bu gün sosial “İnstagram”, “Tik-Tok”da məşhur olmaq olur. Amma o təlxəklərin məşhurluğudur. Yaxşı bir musiqinin sosial şəbəkədən məşhur olduğunu görməmişəm. Yaxşı musiqini dinləyən çox az kütlə var. Ucuz musiqini, ucuz müğənnini insanlara yeridirlər. Azərbaycanın bu günkü musiqisini dinləməkdənsə, dünyadan bixəbər olmaq yaxşıdır. Ona görə də Azərbaycandan Türkiyəyə köçmüşəm, amma arada gəlib-gedəcəm”.

Hazırda Şou-biznes yoxdu, indi şabaş biznesi var. Bu aləmdə olanların 90-i təlxəkdi. Şou aləmində yaxşı insan azdı. Şou-biznesdə olan bir çox qadınlara isə, nə bacı, nə də xanım deyə bilmərəm. 80 %-i özünə hörmət qoymur. Bu sözümdən inciyən varsa, incisinlər. Onlardan asılacağım nə də qorxacağım yoxdur. Mənə qarşı heç biri çaşa bilməz”.


Paylaş:


Müəllif : Tarix:
22-10-2021, 11:59
Sikayət   


loading...
Загрузка...