“İstərdim oğlumu Rəşad Mahmudov əməliyyat etsin, amma maddi imkanım çatmır” - Prezidentə müraciət olundu
“Oğlum anadəngəlmə ürək qüsurludur. Buna görə ona I qrup əlillik də təyin olunub. Yataq xəstəsidir, adi bir stəkan suyu götürməyə belə gücü yoxdur. Həkimlər deyir, ürəyində 5 deşik var. Ürəyinə gedən damarları genişləndiyindən əli-ayağı əsir. Təcili əməliyyat olunmalıdır, ancaq pulumuz yoxdur”.
Şamaxının Dağ Bağırlı kəndindən olan Pərvizə Abdurreyimova oğlu 21 yaşlı Cabar Abdurreyimovun əməliyyatı üçün Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan kömək istəyir:
“Mərkəzi Gömrük Hospitalında oğlumu müayinə ediblər, orada əməliyyatı həyata keçirəcək güclü həkimlər də var. Ancaq bizim bu əməliyyatı qarşılamağa gücümüz yoxdur. İnanın, müayinəyə belə borc-xərclə getmişik. Uşağın vəziyyəti getdikcə daha da pisləşir. Əlimizdən heç nə gəlmir, bu da bizi tükədir. Xahiş edirik, bizə kömək edin. Oğlumun əməliyyatına dəstək olun”.
Pərvizə Abdurreyimova oğlunun əməliyyatını millət vəkili, ürək-damar cərrahı Rəşad Mahmudovun etməsini istəyir. Deyir, bəlkə də həkim pulsuz əməliyyat edər, ancaq xəstəxana xərclərini belə qarşılayacaq gücləri yoxdur:
Tusi adına Klinikadan analizin cavabları
“Gözümüzün önündə hər gün daha da pisləşir. Tez-tez boğulması olduğundan nə gecə, nə gündüz yata bilir. Biz də başının üstündə dayanırıq. Vallah, dözmək olmur”.
Ailə bildirir ki, Cabarı sonuncu dəfə həkimə aparanda onları ümidləndiriblər:
“Bizə bildirdilər ki, onun əməliyyatı mümkündür. Ancaq o əməliyyat üçün lazım olan pul bizdə yoxdur”.
Ana düşünür ki, övladı olanlar onu yaxşı anlayar:
“İndi bir də çarəsi olduğunu bilirik axı. Çarəsi olduğu halda onun əziyyət çəkməsinə dözmək lap çətindir. Təəssüf ki, biz imkanlı ola bilmədik. Təsərrüfatla ailəmizi güc-bəla ilə dolandırırıq. Qohumlarda, tanışlarda da elə imkanlı insan yoxdur ki, ona ağız açaq. Cənab Prezident, tək çarəmiz sizsiniz, sizin də övladlarınız var, onların başından bir tük əskik olsun istəməzsiniz. Onların xatirinə mənə kömək edin”.
Pərvizə Abdurreyimova bildirir ki, onun nəinki əməliyyata heç Bakıya getmək üçün tutacaqları maşının pulunu ödəməyə də imkanları yoxdur:
“İndiyə qədər çox yerlərə müraciət etmişik. Əslində rayon xəstəxanasının həkimlərinin günahı yoxdur. Ürək əməliyyatıdır, burda o imkan yoxdur. Yalnız Bakıdakı böyük, bahalı klinikalarda mümkün olar. Elə biz də xahiş etdik, bizim üçün araşdırdılar və dedilər ki, bu iş üçün ən yaxşısı Rəşad Mahmudovdur. Biz çox istəyirik ki, millət vəkilimiz oğlumuzu əməliyyat etsin. Bizi bu dərddən qurtarsın. Ömrümüzün sonunacan ona minnətdar olarıq. Təki bizim uşağımızı əməliyyat etməyi boynuna götürsün. Təbii, istərdik əvvəlcə prezidentimiz, Mehriban xanım maddi problemi aradan qaldırmağa kömək etsin”.
Meydan TV Rəşad Mahmudovdan münasibət öyrənə bilməyib.
“Bakı sağlamlıq” mərkəzi, analizlərin cavabı
Meydan TV
Paylaş:
Müəllif : Yazar
Tarix:23-10-2021, 10:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-10-2021, 10:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52