Rus sülhməramlılarından Azərbaycana qarşı Xocavənd XƏYANƏTİ – VİDEOFAKT
II Qarabağ müharibəsini 44 günlük savaş olaraq dayandıran üçtərəfli bəyanatdan sonra Azərbaycanın Qarabağ İqtisadi Rayonunun ermənilər yaşayan hissəsi müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına verilib.
Bu bir il ərzində rus sülhməramlı missiyası dəfələrlə vəzifələrindən kənar, neytrallığa ziddi addımlar atıb.
Bizim.Media xəbər verir ki, daha əvvəl də rus hərbçilərinin Qarabağdakı ermənilərə əkin-biçin, mal-qara otarmaqda kömək etdiyi yer alan görüntülər yayılıb.
Rusiya sülməramlılarının bu dəfəki qanunsuzluqları coğrafi adların təhrif olunması ilə bağlıdır. Belə ki, onların rəsmi internet səhifələrində də bölüşdükləri videoda Xocavənd rayonu “Martuni” olaraq qeyd olunub.
Gördükləri təhlükəsizlik tədbirləri barədə müsahibə verən sülhməramlılardan biri də Azərbaycanın bu rayonunu “Martuni” adlandırıb.
Məlumat üçün qeyd edək ki, Xocavənd adlı yaşayayış məntəqəsinin adı 1823-cü il Qarabağ Vilayətinin vergi dəftərlərində keçir. Əhalisinin azərbaycanlılardan təşkil olunduğu açıq-aşkar yazılıb.
Xocavənd rayonunun 1923-cu ilədək adı Aşağı Qaranlıq olub. Amma nədənsə ruslar Azərbaycanın Qarabağdakı şəhərlərinə SSRİ dövründə erməni bolşeviklərin yenilədiyi adlarla müraciət edirlər.
Ətraflı videoda:
https://player.bizim.media?v=3335&share_user_id=
Paylaş:
Müəllif : Yazar
Tarix:4-11-2021, 13:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər