reklam
Regionxeberlericom.az » Sosial » "Qoçular qanunlardan üstündürsə, rəsmən elan olunsun, ölkədən gedək" - Şəhid ailəsindən NARAZILIQ

reklam

"Qoçular qanunlardan üstündürsə, rəsmən elan olunsun, ölkədən gedək" - Şəhid ailəsindən NARAZILIQ














23 sentyabr tarixində Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid ailəsinin özünü yerli məmur və iş adamı kimi təqdim edən şəxslər tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı xəbər dərc etmişdik. Məlumatda qeyd olunurdu ki, şəhid qardaşı Əbdürəhimov Sadiq Məmmədəli oğlu ailəsini dolandırmaq üçün onlara verilən 5 hektara yaxın pay torpaqlarında yonca becərib ki, heyvandarlıqla məşğul olsun, lakin “Faiz Vaqif” ləqəbli şəxs öz mal-qara sürüsünü həmin otlaq sahəsinə salır və otarır.

Hətta məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimova da sorğu göndərmişdik. O, bildirmişdi ki, Şəki rayonu Aşağı Göynük kənd sakini Sadiq Əbdürəhimovun təsərrüfatına Vaqif Babayev tərəfindən ziyan vurulması ilə bağlı müraciəti hazırda Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırılır vəaraşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bu gün isə şəhid qardaşı Sadiq Əbdürəhimov yenidən Bizimyol.info-ya müraciət edib. Müraciətdə bildirilir ki, avqustun 30-da baş vermiş hadisəyə görə Şəki polis Şöbəsi və TN-nin Dövlət Aqrar İnkişaf Mərkəzi əməkdaşları tərəfindən heç bir tədbir görülmür və görmək də istəmirlər.

“Çünki pay torpaqlarımızı basıb otaran mal-qaranın sahibi Şəki İcra Hakimiyyəti Aparatında şöbə müdiri vəzəifəsində işləyir. Biz isə hüquqi və qanuni dövlətdə yaşadığımızı hiss etmək istəyirik. Qoçular qanunlardan üstündürsə, onda rəsmən elan olunsun, biz də çıxıb gedək ölkədən. Hadisədən 2 ay sonra KTN-nin AİM-nin Nazim adlı əməkdaşı sahəmizə gəlib bildirdi ki axı mən malların otladığı sahəni görmürəm. 2 ay keçdikdən, yağan intensiv yağışlardan sonra əlbəttə ot sahəsində nisbətən canlanma olur”.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Bizimyol.info-nun yenidən ünvanladığı sorğusuya cavab olaraq bildirib ki, Şəki rayon sakini Sadiq Əbdürəhimovun polis şöbəsinə etmiş olduğu müraciəti ilə əlaqədar araşdırma aparılıb və barəsində şikayət etdiyi Vaqif Balayevin, eləcə də onun mal-qarasına nəzarət edən şəxsin izahatları alınıb.

“V.Balayev izahatında S.Əbdürəhimova məxsus təsərrüffatı onun deyil, kənd sakinləri tərəfindən nəzarətsiz qoyulan mal-qaranın yararsız hala saldığını qeyd edib. Aparılmış təhqiqat zamanı toplanmış materialda cinayət hadisəsi qeydə alınmadığından və S.Əbdürəhimovun müraciətində göstərdiyi xüsusatlar mülki qanunvericiliklə tənzimləndiyindən ona məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilib”.

Bizimyol.info




Paylaş:


Müəllif : Tarix:
4-11-2021, 17:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər