reklam
Regionxeberlericom.az » Sosial » AzTV-də repressiya dövrü başlayıb - İLGİNC GƏLİŞMƏ

reklam

AzTV-də repressiya dövrü başlayıb - İLGİNC GƏLİŞMƏ














Bu gün televiziyamızın 65 yaşı tamam olur. Çox təəssüflər olsun ki, yubiley televiziyalarımız haqqında pozitiv ştrixlər azlıq təşkil edir. Bunun bariz nümunəsi Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) baş verənlərdir. Belə ki, AzTV-də vəziyyət dözülməz həddə çatıb. Rövşən Məmmədovun yarıtmaz idarəçiliyi, işçilərin hüquqlarının hər addımbaşı pozulması, sədrlik etdiyi müddətdə yol verdiyi ciddi nöqsanlar, maxinasiya və məniməsə faktları ilə bağlı iddialar, göstərilən rəqəmlər burada vəziyyətin acınacaqlı olduğunu bir daha sübut edir. Bu barədə informasiya portallarında, sosial şəbəkələrdə və internet televiziyalarında kifayət qədər məlumatlar dərc edilib və işıqlandırılıb.

Hazırda AzTV-də repressiya dövrü davam edir. Hesablama Palatasının yoxlama apardığı zaman kəsiyində bu quruma yaxından kömək edən şəxslər vəzifələrindən azad edilir və ya işdən kənarlaşdırılır. Əldə etdiiymiz məlumatlara görə, Palata “İnformasiya Proqramları” və İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyalarında bir milyon manatdan çox qonorarın əsassız olduğunu müəyyən edib. Bu barədə palataya ətraflı izahat yazan Mehriban Məmmədova və Sərvər Bayramov tutduqları vəzifədən uzaqlaşdırılıb. Yeri gəlmişkən, bir neçə gün bundan öncə Cəbrayıl rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə iştirak edən Mehriban Məmmədovanın dövlət başçısı ilə dialoqu Rövşən Məmmədovu bərk hiddətləndirib. Ona görə də xanım rəhbərlə “hesablaşma” daha tez baş verib.

Qeyd edək ki, televiziyada bu hal yeganə deyil. Belə ki, bu yaxınlarda AzTV-nin operatoru rəsmi tədbirlərin birində dövlət başçısına yaxınlaşaraq ona məktub verib. Bu xəbər sədrə çatan kimi o, dərhal prezident çəkilişlərindən uzaqlaşdırılıb və redaksiyaya keçirilib. Operatorun özünə isə hədə-qorxu gələrək onun maaşını qanunsuz olaraq yarıbayarı kəsib. Yəqin ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi televiziya işçilərinin əməkhaqlarının 35 faiz tutulması iulə bağlı digər dəqiq məlumatları da araşdıracaq. Ən azından buna ümid edək.

Faktlar isə bitib-tükənkəm bilmir. Belə ki, Azərbaycan Prezidentinin 2019-cu il fervarl tarixli “Aztv-nin texniki bazasının müasirləşdirilməsi üçün ehtiyat fondundan ayrılan 3 milyon manat vəsait təyinatına görə xərclənməyib, müxtəlif adlarla müxtəlif sahələrə yönəldilib.

Belə ki, 2 milyon manat vəsait digər xərclər adı ilə silinib, yerdə qalan məbləğ isə yeni dekorasiyalarin qurulması və texniki avadanlıqlarin icarəsi adi ilə sənədləşdirilib.

Aparılan yoxlama dövründə Proqram direktorluğu və reklam departamenti tərəfindən reklam qovluqları gizlədilib. İki il ərzində TV-də gedən reklam barədə heç bir məlumat verilməyib. Palatanın apardığı yoxlamalar nəticəsində reklam sənədləri üzə çıxarılıb və minimum 2 milyon manatdan artıq mənimsəmə faktı aşkar olunub.

Araşdırmalarımız davam edir. Daha yeni faktları yaxın zamanlarda oxucuların diqqətinə çatdıracağıq.

Fadil Paşayev,

KONKRET.az




Paylaş:


Müəllif : Tarix:
5-11-2021, 11:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər