reklam
Regionxeberlericom.az » Sosial » Vətən Müharibəsi iştirakçısı məhkəmə zalından AZADLIĞA BURAXILIB

reklam

Vətən Müharibəsi iştirakçısı məhkəmə zalından AZADLIĞA BURAXILIB


















Bakı Ağır Cinayətlər Məhkəməsi Vətən Müharibəsi iştirakçısı barədə humanist qərar qəbul edib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə azadlıqdan məhrum edilən Kərimzadə Tunar Famiz oğluna hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsin Vətən müharibəsi zamanı bir neçə rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən şəxsə 3 il şərti azadlıqdan məhrum etmə cəzası təyin olunaraq məhkəmə zalından azadlığa buraxılıb.

Hakim Əfqan Hacıyev təqsirləndirilən şəxsə gələcək həyatında uğurlar arzu edərək qanuna zidd əməllərdən uzaq olmağı arzu edib.

Tunar Kərimzadə humanist qərar qəbul etdiyi üçün məhkəmə heyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, K. Tunar müharibədən sonra "Laçının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.





Paylaş:


Müəllif : Tarix:
5-11-2021, 17:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər