Şəmsəddin Xanbabayevin adının hallandığı CİNAYƏT İŞİ... - Hələ də qaranlıq məqamlar var...
Xaçmazda mərkəzi bazarın direktoru, daha sonra bazarın bazasında yaradılmış “Arzu Ticarət Mərkəzi” MMC-nin rəhbəri olmuş iş adamı Nəcimə Babayevanın qətlinin üstü 11 ildir ki, açılmır. Övladları hesab edir ki, istintaq orqanı cinayətin açılması üçün verdikləri ipuclarını yetərincə araşdırsaydı, qətlin sifarişçisi də, icraçısı da çoxdan tapılardı. Onların fikrincə, anaları sifarişlə qətlə yetirilib.
Nəcibə Babayevanın oğlu Fuad Həbibov “Press Klub”a bildirdi ki, anasının ölümündə kimdən şübhələndiklərini ilk gündən istintaqçılara deyiblər. Sonradan hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Prezident Administrasiyasına məktublarında da onun adını açıq şəkildə göstəriblər. Söhbət 2004-2019-cu illərdə Xaçmazın icra başçısı olmuş Şəmsəddin Xanbabayevdən gedir.
Mərhum iş adamının övladlarının dediyinə görə, icra başçısı ilə Nəcibə Babayeva arasında gərginlik olub. Çünki icra başçısı bazarı onun əlindən almaq istəyirdi. N. Babayeva isə müqavimət göstərib, icra başçısının adamlarıyla mübarizə aparıb.
Qətl hadisəsi ilə bağlı cinayət işi əvvəl Xaçmaz rayon Prokurorluğunun icraatında olsa da, sonradan Baş Prokurorluğa edilən şikayətlər nəticəsində Bakıya gətirilib. O vaxtdan istintaq araşdırmaları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (2020-ci ildən bu qurum Baş Prokurorluğun İstintaq İdarəsi adlanır) aparılır. Bu idarədə cinayət işi əvvəl müstəntiq Vüqar Nəsibovun icraatında olub. Xeyli vaxtdır ki, onun vəzifəsi dəyişdiyinə görə bu iş başqa bir müstəntiqə – Zöhrab Səməndova həvalə olunub.
Müstəntiq Səməndov bu il yanvarın 19-da Xaçmazda, martın 17-də isə Bakıda – İstintaq İdarəsində mərhum Nəcibə Babayevanın qızı Gülnarə Həbibovanı saatlarla dindirib. Gülnarə Həbibovanın sözlərinə görə, o, İstintaq İdarəsinə daxil olarkən telefonunu buraxılış otağındakı mühafizə polisinə təhvil verib. Müstəntiqin otağında dindirmə zamanı Zöhrab Səməndov onu aldadaraq, telefonuna giriş üçün şifrəni öyrənib. Sonra bəhanə ilə otaqdan çıxıb gedərək, polisdən onun telefonunu alıb:
“Sonradan üstü açılmasın deyə, özü zəng eləməyib. Polis əməkdaşı Ozal Salahlıya nömrəni deyib, ondan xahiş edib ki, zəng eləsin. Çünki idarəyə daxil olanların hamısının telefonları orada olub, bilməliydi ki, hansı telefona zəng gəlirsə, onu götürsün. Polis zəng eləyib və həmin vaxt müəyyənləşdirib ki, zəng gələn telefon Gülnarə Həbibovanındır. Polisə deyib ki, istintaq hərəkəti üçün bu telefon bir neçə dəqiqəlik lazımdır. Artıq şifrəni də öyrənmişdi, telefonu götürüb, açıb və gizli şəkildə ora izləmə proqramı yazıb”.
Gülnarə Həbibova telefonuna gizli proqram yazıldığını öyrənəndən dərhal sonra müstəntiqdən şikayətçi olub. O, həm Baş Prokurorluğa, həm də Daxili İşlər Nazirliyinə şikayət məktubları göndərib. Məktublara əlindəki sübutları da əlavə edib.
Daxili İşlər Nazirliyindən şikayətə gələn rəsmi cavabda göstərilib ki, polis serjantı Ozal Salahlı lüzumsuz yerə Gülnarə Həbibovanın telefonuna zəng etdiyinə görə ciddi şəkildə tənbeh edilib. Eyni zamanda, Baş Prokurorluğun İstintaq İdarəsində xidmət aparan digər mühafizə polisləri də müvafiq qaydada təlimatlandırılıb.
Prokurorluğun müstəntiqinin hərəkətlərinə gəlincə, DİN-dən bildirilib ki, bu xüsusatların araşdırılması mühafizə polisinin səlahiyyətlərinə aid deyil.
Baş Prokurorluq isə Gülnarə Həbibovanın şikayətinə hələ cavab verməyib.
Şikayətçi müstəntiqin onun telefonuna gizli şəkildə izləmə proqramı yazması, video və danışıqlarının ələ keçirilməsi ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinə də müraciət edib. Bu qurum da məsələnin araşdırılması üçün onun məktubunu Baş Prokurorluğa yönəldib.
Prokurorluq Nəcibə Babayevanın qatillərinin tapılması üçün yetərincə cəhd göstərilməməsi haqda iddiaları qəbul etmir. Baş Prokurorluğun yaydığı açıqlamada bildirilir ki, bu cinayət işi üzrə yüzlərlə şahid dindirilib, müxtəlif versiyalar araşdırılıb. Hətta ticarət mərkəzinin fəaliyyəti ilə əlaqədar onunla münaqişəsi olan şəxslər tərəfindən qisas məqsədilə törədilməsi versiyası da araşdırılıb. //PRESSKLUB.AZ//
Paylaş:
Müəllif : Yazar
Tarix:10-11-2021, 08:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər