Maaş və pensiya artımı nə qədər olacaq?
Prezident İlham Əliyevin 16 oktyabrda imzaladığı sərəncama uyğun olaraq gələn ilin əvvəlindən maaşların və pensiyaların artırılması nəzərdə tutulur. Qeyd edək ki, ilin əvvəlindən yanacağın, suyun, qazın və elektrik enerjisinin tariflərində müəyyən artımlar olub. Bu da əhalinin xərclərini artırıb.2022-ci ilin yanvar ayından etibarən maaş və pensiyaların, müavinətlərin nə qədər artırılacağı barədə müxtəlif rəqəmlər səsləndirilir. Xatırladaq ki, Əmək və əhalinin sosial müdafiəsi nazrinin müavini Anar Kərimov ümumilikdə 20-40 faiz civarında artım olacağını bəyan edib
Dünən isə nazir Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə müzakirəsi zamanı deyib ki, növbəti ildə yaşa görə əmək pensiyasının 358 manatdan 375 manata çatmasını gözləyirlər: "Cari ilin 10 ayında isə biz orta pensiyanın məbləğini 331 manat qiymətləndiririk. Növbəti ildə isə bu məbləğin artaraq 345 manata çatmasını gözləyirik".
İqtisadçı Qubad İbadoğlunun isə artımlarla bağlı fərqli gözləntiləri var. Onun sözlərinə görə, İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi layihəsinə Hesablama Palatasının rəyindən bəlli olur ki, 2022-ci ildə büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqqı fondunun bu illə müqayisədə 1187,3 mln. manat və 22,5 faiz artırılması nəzərdə tutulur.
"Bu o deməkdir ki, gələn il həmin təşkilatlarda çalışanların maaşları 10-20 faiz intervalında artırılacaq. Bundan daha çox pay götürən icra və qanunvericilik hakimiyyəti, hüquq-mühafizə, məhkəmə prokurorluq, müdafiə və milli təhlükəsizlik orqanları olacaq. Bununla yanaşı, təhsil və səhiyyə işçilərinin də əmək haqlarının artımı gözlənilir",-deyə o vurğulayıb.
Q. İbadoğlu hesab edir ki, bu ilin sonuna orta aylıq əmək haqqının 742,8 manat, gələn ilin sonuna isə 807,3 manata çatacağı proqnozlaşdırılır.
Onun sözlərinə görə, hazırda büdcədən maliyyələşən təhsil, səhiyyə və sosial xidmətlərdə orta aylıq əmək haqqı səviyyəsi respublika üzrə orta aylıq əmək haqqından aşağıdır: "Büdcənin əmək haqqı fondunun artırılması nəticəsində gələn il sığorta gəlirləri 1677,4 mln. manat və ya cari ilə nisbətən 331,9 mln. manat və ya 24,7 faiz çox olması proqnozlaşdırılır. Bunun müqabilində də gələn ilin dövlət büdcəsindən sosial müdafiə fonduna transfertin 2021-ci ilin gözlənilən icrası ilə müqayisədə 159,2 milyon manat azaldılıb. Nəticədə də pensiyaların artırılması imkanları məhdudlaşdırılıb. Gözlənilir ki, gələn il pensiyalar fevral ayında 5 faiz ətrafında indeksləşdirilsin".
Paylaş:
Müəllif : Fuad
Tarix:11-11-2021, 08:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər