“Şəhid ailəsi olsaq da təhsil haqqı istədilər...” - GİLEY
“Oğlum Cabarla hər zaman fəxr etmişəm, edirəm, edəcəyəm də. Cabar 2002-ci ildə Xaçmazda doğulub. 2016-2018-ci illərdə kikboks idman növü ilə məşğul olub. İdman sahəsində nailiyyətləri və uğurları çox idi, müxtəlif fəxri fərman və diplomlarla təltif olunmuşdu. Azərbaycanda keçirilən dünya çempionatında qara kəmər qazanmışdı oğlum. Cabar çox qoçaq, mərd, gözündə qorxu olmayan uşaq idi. Həmişə deyərdi ki, siz mənimlə fəxr edəcəksiniz. İndi həm fəxr edirik, həm də Cabarsız bizim üçün çox ağırdır”. Bunu Moderator.az-a açıqlamasında 2-ci Qarabağ müharibəsi şəhidi Cabar Əkbərovun atası Əşrəf Əkbərov deyib. O daha sonra əlavə edib.
“Məndən çox Cabarı tanıyırdılar. Yaşının az olmasına baxmayaraq çox hörmət qazanmışdı. Evin ilk övladı idi, ona görə də bütün məsuliyyət onun üstünə düşürdü. Bir dəfə də bizi incitməyib, bizə ondan kimsə şikayət etməyib. Cabar 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Cəmi 2 ayın əsgəri olmasına baxmayaraq döyüşlərə qatılıb. Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da müharibə yoldaşları ilə birlikdə mühasirəyə düşüb. Əsgərlərin çoxu elə o mühasirədə şəhid olub. Döyüşə yollanmazdan öncə anasının doğum gününü sonuncu dəfə təbrik edib və ondan halallıq alıb. Amma ona müharibə haqda bir kəlmə belə danışmayıb. Hər dəfə zəng edəndə “Mən çox yaxşıyam” deyirdi. Mən o zaman Rusiyada idim və Cabarla sonuncu dəfə sentyabrın 24-də danışmışam. Oğlumun nəşini şəhid olandan 67 gün sonra tapıb dəfn etdik. Bu müddət ərzində ümidimi bir an belə üzmürdüm. Düşünürdüm ki, sağ salamatdır və tezliklə zəng vuracaq. Morqları gəzərək oğlumu axtardım, mənim üçün bu çox çətin idi. Cabar şəhid olan günü onu yuxuda görmüşdüm. Yuxuda gördüm ki, yelləncəkdə yellənir, sonra qalxmaq istəyir, amma qalxa bilmir. İpləri tutub saxlasam da, bir faydası olmur. O bir də cəhd edəndə yuxudan ayıldım. Bu yuxu oğlumun şəhid olmasına bir işarə idi” deyə şəhidin atası Əşrəf Əkbərov bildirib.
Şəhid atası daha sonra maddiyat ucbatından övladının təhsilsiz qaldığını bildirib.
“Mənim ortancıl və kiçik oğlum bu il biri 11-ci, digəri isə 9-cu sinfi bitirdi. Dövlət İmtahan Mərkəzinə müraciət etdik və onları Bakı Biznes və Kooperasiya kollecinə götürdülər. Hər ikisi ödənişli əsaslarla kollecə qəbul oldular. Kollecə gedərək şəhid ailəsi olduğumuzu və ödənişsiz əsaslarla təhsil almağın mümkün olub-olmaması ilə maraqlandıq. Bizə dedilər ki, belə bir şey yoxdur. Əgər nə vaxtsa belə sərəncam çıxarsa övladlarınız üçün təhsil pulsuz ola bilər. Bizə sadəcə güzəşt o oldu ki, birinci il ödənişin hamısını edəcəyimiz halda 50 faiz ödəniş etməyimizə imkan yaratdılar. İmkan olmadığı üçün kiçik oğlumu oxutmadım. Bilmək istəyirəm ki, bacı-qardaş şəhidin yaxını sayılmırmı? Onlar ödənişli təhsildən azad deyillərmi? Nə mən işləyirəm, nə də yoldaşım, evə gəlir gətirən yoxdur. Övladım və digər şəhidlərin adına kəndimiz Müşfiqdə xatirə bulağının tikilməsi üçün də icra nümayəndəliyinə, aidiyyatı qurumlara müraciət etmişik, amma hələ bundan da bir xəbər yoxdur. Hətta həyat yoldaşım cənab prezidentə də bununla bağlı məktub yazıb. Bu problemlərimizin tez bir zamanda həll olunmasını istəyirik” deyə şəhid atası bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-11-2021, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər