Nazir müavini ETSN-ə büdcədən daha çox pul ayrılmasını istəyir - AÇIQLAMA
“Dağ kəndlərinin qazlaşdırılması ilə bağlı məsələlərə diqqət yetirilməlidir. Bununla bağlı SOCAR-la layihə işləmişik və noyabrın sonlarına doğru təqdim edəcəyik”.
Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, nazirliyin əsas funksiyası meşələrə nəzarət və tənzimləmədir: “Türkiyə təcrübəsinin öyrənilməsinə böyük ehtiyac var. Bununla bağlı təkliflərimizi hazırlayaraq təqdim etmişik. ETSN-in büdcəsi 70 milyon manatdır. Bu, 2018-ci ilin əvvvəllərində də belə idi, bu il də belədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə mütləq dövlət dəstəyi lazımdır. Xahiş edirəm ki, növbəti büdcələrdə su məsələləri, meşələrin idarə olunması və s. ilə bağlı nazirliyə dəstəyi artırasınız. Bir sıra işlər maliyyə vəsaitləri çatışmazlığından yarımçıq qalıb. Ətraf mühit sahələrinə pul ayrılmasına xəsislik etməyək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-11-2021, 17:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər