reklam
Regionxeberlericom.az » Sosial » "Əlində benzin ailəlikcə idarəyə gəlib və deyib ki, sizi yandıracam" - Şəkidə NƏ BAŞ VERİR?

reklam

"Əlində benzin ailəlikcə idarəyə gəlib və deyib ki, sizi yandıracam" - Şəkidə NƏ BAŞ VERİR?

 















Bir neçə gün əvvəl Vətən Müharibəsi iştirakçısı Hüseyn Eminov Moderator.az-a müraciət edərək yaşadığı Şəki rayonu, Qayabaşı kənd bələdiyyəsinin sədri Sahib Əliyevdən şikayət edərək, onu məhkəməyə verməkdə günahlandırmışdı. Hüseyn Eminov bələdiyyə sədrindən iş istədiyi üçün məhkəməlik olduğunu bildirmişdi. Məsələdə adı hallanan Qayabaşı kənd bələdiyyəsinin sədri Sahib Əliyev saytımıza açıqlamasında bu məsələnin nədən qaynağlandığını bildirib.

“Hüseyn Eminov sosial iş istəyir, gedib rayondakı DOST mərkəzinə müraciət edib. Onlar Hüseynə iş verməyiblərsə bələdiyyə sədri nə edə bilər?! Hüseynin əmisi Faiq Eminov əlində benzin ailəlikcə idarəyə gəlib və deyib ki, sizi yandıracam. İcra nümayəndəsi ilə mənim üstümə benzin töküb. İcra nümayəndəsinin gözünü benzin tamam yuyub apardı, güc-bəla ilə özünə gəldi. Bundan böyük kobudluq var? Hal-hazırda da həmin iş üzrə məhkəmə gedir, bu günlərdə məhkəmə bitməlidir. Mən Hüseyni yox, onun əmisi Faiqi məhkəməyə vermişəm. Hüseyn isə bizə qarşı çox haqsız tələblər irəli sürür. Mənim imkanım yoxdur, uzaq başı ona 50-100 manat yardım edə bilərəm. Bu yardımları da bir neçə dəfə etmişəm. O sadəcə istəyir ki, evdə oturub, havayı pul alsın. Bizim üstümüzə şərtlərlə gəlib ki, evimi təmir edin, nə bilim neyləyin! Bizim gücümüz harda onun bu tələblərini həyata keçirək?!”

O daha sonra Hüseynin onlardan pay torpağı istəməsi məsələsinə də toxunub.

“Adama deyərlər ki, pay torpağını niyə satmısan? Məndə 6 hektar olanda, onlarda 16 hektar idi. Əmisi Faiq 2 dəfə o torpaqları satıb Moskvaya gedib. Hüseynlik burada bir iş yoxdur, hamısını edən əmisi Faiqdir. O Moskvadan gələndən sonra Hüseynin atasını, yəni öz qardaşını, uşaqlarını evindən qovub çıxartdı. Onlara qarşı çox böyük haqsızlıq etdi, Allah böyükdür. İndi də əmisi Hüseynin müharibədə iştirakından, onun saflığından istifadə edib, bizə tələblər irəli sürür. O ki, qaldı Hüseynin bələdiyyədə işləmək istəyinə. Vallah bizdə işçiyə ehtiyac yoxdur, 3 işçimiz var, 4-cü adam hələ ki, lazım deyil. Hətta 3 gün öncə Hüseynin imkansız olduğunu nəzərə alıb, ona zəng etdim ki, gəl sənə 2 hekrat örüşdən torpaq sahəsi verim. Ya da örüş sahəsini satıb pulunu sənə ödəyim. Mənə deyir ki, ay müəllim, əmimlə danış! Deyirəm ki, mən səninlə danışıram, əmini bu məsələyə qatma. Onun əmisinin adının çəkildiyi yerdə biz yoxuq. İmkan daxilində Eminə köməklik etməyə hazırıq” deyə bələdiyyə sədri bildirib.

Moderator.az olaraq bələdiyyə sədrinin adını hallandırdığı, müharibə iştirakçısının əmisi Faiq Eminovun da mövqeyini öyrəndik. O isə saytımıza bunları bildirib.

“Bizim problemimiz böyükdür, bilmirəm haradan başlayım?! 11 ailə üzvümüz var, hamısı da ac-susuz, evşik-eşiksiz qalıb. Özüm də 2-ci qrup əliləm. 2015-ci ildəki zəlzələdən sonra evimiz böyük ziyan çəkib, baxımsız vəziyyətə düşüb. Heç kim gəlib bizimlə maraqlanmır ki, bu ailə üzvləri hansı şəraitdə yaşayırlar?! Fövqəladə Hallar Nazirliyinə, Şəki rayon İcra Hakimiyyətinə yazdığım məktublar nəticəsiz qalıb. Cənab prezidentə yazdığım məktub isə gedib ona çatmayıb. Bələdiyyə sədrindən iş istədik, problemlərlə üzləşdik. Biz dərdimizi kimə deyək? Adi zibil yığma işini qardaşım oğluna vermədilər. Nə Hüseynə iş vermirlər, nə də atasına! Atası günü 40 qəpiyə yer belləyir. Bələdiyyə sədri və icra nümayəndəsi bizi ölüm hədəsi ilə qorxudur. 102-yə zəng edirəm, deyirlər ki, hadisə olmasa mən ora adam göndərə bilmərəm! 5 ay öncə Eminovlar ailəsi olaraq hər birimiz aclıq elan etmişdik. Mən sizin vasitənizlə Lalə Azərtaşa müraciət edirəm ki, aparıcısı olduğu verilişdə mənim bu məsələni işıqlandırsın” deyə şikayətçi bildirib.

Faiq Eminov yararsız vəziyyətdə olan evin fotolarını da bizə göndərib.






Paylaş:


Müəllif : Tarix:
12-11-2021, 09:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər