reklam
Regionxeberlericom.az » Sosial » Daha bir deputatdan Qarabağdakı RUS ÖZBAŞINALIĞINA REAKSİYA - "Azərbaycan bu proseslərə dözməyəcək"

reklam

Daha bir deputatdan Qarabağdakı RUS ÖZBAŞINALIĞINA REAKSİYA - "Azərbaycan bu proseslərə dözməyəcək"















Ötən gün Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsinin 1 ili tamam oldu. Bu münasibətlə sülhməramlı qüvvələrin Xankəndi yaxınlığındakı hərbi şəhərciyində "Qəhrəmanlar xiyabanı" və sülhməramlılara həsr olunmuş abidənin açılışı olub. Xiyabanın açılışına Cənub Hərbi Dairəsinin komandir müavini, general-leytenant Rüstəm Muradov və sülhməramlı kontingentin komandanı, general-leytenant Qennadi Anaşkin qatılıb.

Rusiyanın Azərbaycan ərazisində açılış etməsi, kilsə tikməsi nə dərəcədə doğrudur? Azərbaycan cəmiyyətinin kəskin etirazına səbəb olan bu məsələ barədə siyaslər, millət vəkilləri nə düşünürlər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan deputat Elman Məmmədov sülhməramlıların erməniməramlı olduğunu bildirib:

“Mən hazırda Azərbaycan ərazisində mövcud olan, Rusiyadan gəlmiş bir dəstə hərbçini ilk gündən sülhməramlı kimi qəbul etmirəm. Onlar gəldikləri gündən sülhməramlılıq vəzifələrini yerinə yetirməyiblər, erməniməramlılıq fəaliyyəti ilə məşğul olublar bu gündə onu davam etdirirlər.

Sülhməramlılara verilən öhdəlikdə göstərilir ki, Laçın dəhlizində gediş-gəlişə, təhlükəsizliyə nəzarət etsinlər. Lakin onlar Azərbaycan ərazisinə qədəm qoyduqları gündən ordan-burdan bir erməni tapıb gətirirlər Azərbycan ərazisinə. Deyirlər ki, “Siz burada qalın, biz sizə ev tikəcəyik, çörəyinizi, suyunuzu verəcəyik”.

Ermənilər üçün məktəb, tibb məntəqəsi, yaşayış binaları tikirlər, yollar çəkirlər. Bu proseslər sülhməramlıların missiyasına aid deyil. Onlar bu hərəkətləri ilə Azərbaycan qanunlarını pozur, ərazi bütövlüyümüzə qarşı hömətsizlik göstərirlər.

Onların bu qeyri-qanuni fəaliyyətləri nəticəsində Ermənistan rəsmiləri, Azərbaycan xalqına qarşı cinayətlər, soyqırımlar törətmiş Sarkisyan, Köçəryan kimi ünsürlər Azərbaycan ərazisini su yolu ediblər. İstədikləri zaman Qarabağa, Xankəndiyə gəlib-gedirlər və buna heç bir məhdudiyyət qoyulmur.

Məhz bunların fəaliyyəti nəticəsində bu gün Azərbaycanın qədim bölgəsində cinayətkar, qondarma qurum hələ də qalıb. Sülhməramlılar həmin qurumun bütün cinayətkar rəhbərliyi ilə birlikdə fəaliyyət göstərir, onların təhlükəsizliyini təmin edirlər. Rus sülhməramlılarının fəaliyyəti nəticəsində Azərbaycanın məlum bölgəsində Ermənistan dövlətinə məxsus, separatçı, cinayətkar quruma məxsus birləşmələr var və gündən-günə güclənirlər. Səbəbkar isə sülhməramlı adlandırılan qruplaşmadır.

Sülhməramlıların sayı rəsmi sənəddə 1960 nəfər qeyd olunub, bu gün isə onların sayı minlərlədir. Hətta Rusiyanın bir neçə nazirliyinin nümayəndələri, işçiləri orada fəlaiyyət göstərirlər.

İndi isə Azərbaycanın heç bir rəsmi qurumundan icazə almadan, Azərbaycan ərazisində rus provaslav kilsəsi tikirlər. Özlərinə xiyaban, şəhərcik düzəldirlər, rus məşhurların büstlərini qoyurlar. Ermənilər isə onların şərəfinə abidə ucaldıb. Guya erməni qızı rus əsgərinə gül verir. Həmin heykəl onların dostluq, əməkdaşlıq simvoludur.

Erməniləri dünyanın müxtəlif yerlərindən köçürüb Azərbaycanın tarixi torpaqlarımızda yerləşdirən və dövlət yaradan kim olub? Köçürən Çar Rusiyası, dövlət quran Sovet Rusiyası. İndi isə Rusiya federasiyası bu fəaliyyəti davam etdirir.

Azərbaycan bu proseslərə dözməyəcək. Separatçıları ərazisindən təmizləmək üçün ciddi tədbirlər görməlidir və görəcək”.




Paylaş:


Müəllif : Tarix:
12-11-2021, 13:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər