17 Saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru haqda korrupsiya iddiaları var... - Sahil Babayevin oliqarx kadrı
Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizəyə baxmayaraq hələ də dövlət büdcəsini gizli şəkildə oğurlayan və bunu gündəlik həyat tərzinə çevirən məmurlarımız yenə də vəzifələrində qalmaqdadır. Belə məmurlardan biri də 17 Saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru İlham Quliyevdir.
İlham Quliyevin korrupsiya fəaliyyətindən sosial şəbəkədə, “Beyləqan Xəbərləri” səhifəsində bəhs olunub. Səhifə yazır ki, bir vaxtlar Füzuli Ələkbərovun dövründə Beyləqan Məşğulluq mərkəzinin direktoru olan İlham Quliyevi nazir Səlim Müslümov töhmətlə işdən çıxardığı kadrlar arasındadır.
Əlbəttə ki, biz məhz yol verdiyi korrupsiya üzündən hazırda həbsxanada olan Səlim Müslümovun korrupsioner məmurlara qarşı barışmaz olduğunu iddia eləmirik. O, sadəcə olaraq Füzuli Ələkbərovun korrupsioner kadrlarını öz korrupsioner kadrları ilə əvəz etmişdi və bu gün sabiq nazirin həbsxanada olması da bunu sübut edir.
“Beyləqan Xəbərləri” səhifəsinin yazdığına görə Səlim Müslümov tərəfindən korrupsioner məmur olaraq vəzifədən atıldıqdan sonra İlham Quliyev bir müddət Beyləqan bazarında ayaqqabı alveri ilə məşğul olub. Sahil Babayevin nazir təyin edildikdən sonra isə yeni nazirin əmri ilə yenidən vəzifəsinə qaytarılıb. Hazırda isə İlham Quliyev 17 Saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru işləyir və qeyd edək ki, 5 rayonun Məşğulluq idarəsi (Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd, Laçın) onun tabeliyindədir. Qeyd edək ki, Səlim Müslümovun “islahatları” kimi, Sahil Bbayevin də “islahatları” korrupsioner məmurları elə korrupsionerlələ əvəz etməkl kifayətlənib. Çünki Sahil Babayevin də “islahatları” hər halı ilə ortadadır.
“Beyləqan Xəbərləri” səhifəsinin iddiasına görə hazırda İlham Quliyev Beyləqanda “kiçik oliqarx”a çevrilib. 5 rayonun Məşğulluq Mərkəzini idarə edən bu şəxsin dövlətdən ayrılan vəsaitləri müxtəlif üsullarla mənimsədiyi qeyd olunur. Doğrudan da, əgər İlham Quliyev dövlət vəsaitlərini mənimsəmirsə, vətəndaşlardan rüşvət almlrsa, onda İlham Quliyevin bu qədər var dövləti hardandır? Bəlkə keçmiş və indiki korrupsioner məmur aşağıda qeyd olunan sərvəti Beyləqan bazarında ayaqqabı satmaqla qazanıb?..
Pia.az bildirir ki, “Beyləqan Xəbərləri” səhifəsinin əldə etdiyi məlumata görə İlham Quliyevin İsmayıllı rayonunun məşhur Buynuz kəndinə gedən yolun üstündə “Limon” restoranı, Bakı şəhərində Biləcəri qəsəbəsində villası, 3-cü mikrorayon dairəsi yaxınlığında və “Şamaxinka” deyilən ərazidə evləri var.
Diqqətlə edin! 17 Saylı Ərazi Məşğulluq Mərkəzi direktorunun təkcə Bakı şəhərində 3 evi, villası var. “Beyləqan Xəbərləri” səhifəsi iddia edir ki, bu evlərin ümumi qiyməti 500 min manata yaxındır. Sizcə ayaqqabı satmaqla, yaxud da ayda 850 manat əmək haqqı almaqla Bakı şəhərində 3 (üç) ev almaq, villa tikdirmək olarmı? Hələ İsmayıllıda tikdirdiyi və istifadəyə verdiyi “Limon” restoranını bu hesaba qatmırıq.
Necə ola bilir ki, İlham Quliyev Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyinat aldıqdan sonra sürətlə varlanmağa başlayır və milyonerə çevrilir. Milyoner məmur olmasına baxmayaraq, İlham Quliyev ayyaqabı biznesini də hələ davam etdirir. Onun Beyləqan bazarındakı ayaqqabı dükanı hələ də fəaliyyətdədir.
“Beyləqan Xəbərləri” səhifəsinin iddiasına görə İlham Quliyev dövlət tərəfindən Məşğulluq Mərkəzlərinə ayrılan vəsaitləri müxtəlif lahiyyələr adı altında ağıllı şəkildə mənimsəyir. Məhz bu maxinasiyalar hesabına adı çəkilən məmur varlanaraq “kiçik oliqarx”a çevrilib.
Diqqət edin, bütün bunlar Qarabağ əlillərinin son ümidini öldürən Nazirlikdə baş verir. Bəs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində nə qədər İlham Quliyev var? //PİA.AZ//
Paylaş:
Müəllif : Yazar
Tarix:12-11-2021, 17:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər