Gənc baaşçı daha hara qədər GEDƏCƏK... - NARAZILIQ!
Bir neçə gün öncə yerli mediada belə bir məlumat yayımlandı ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov idarə etdiyi avtomobili ilə bir adam və bir neçə xırdabuynuzlu heyvanlara xəsarət yetirib.
Ötən yayımımızda da qeyd etdiyimiz kimi hansısa "müəmmalı" səbəblərə görə bir gecədə bu məlumatı yayan saytların bir neçəsi səhəri təkziblə açdı. Hətta, məlumatı yayımlayan digər saytlara da "yalan məlumat" yaydıqlarına görə irad da tutdular.
Elə həmin "tərəfdarları"na arxayın olan Neftçala rayon İcra Hakimiyyəti daha məlumatla bağlı sorğu göndərən digər xəbər portallarına "abratnı" cavab verməyə lüzum görməmişdilər.
Bir insanın az qala həyatını itirməsinə səbəb olacaq hadisəni ört-basdır edən İcra Hakimiyyətinin binası önündə daha bir ölümə səbəb olacaq olay yaşanıb.
Bir neçə gün öncə Qarabağ qazisi Neftçala rayon İcra Hakimiyyətinin binası qarşısında özünə xəsarət yetirib.
Qazi rayon İcra Hakimiyyətinin ona qarşı biganəliyindən, baxmamasından gileylənir.
O, bildirir ki, "3 dəfə başımdan travma almışam. Psixolojim normal deyil. İcra başçısı mənə baxmır. Mənə burda deyirlər narkotik istifadə edirsən.
Yoxlayın qanımı. Görün mən narkotik istifadə edirəm?
Mən 5 manat pul tapıb, ailəmə çörək ala bilmirəm. Bir anamdır, bir həyat yoldaşım. Mən onlara baxa bilmirəm. Başçı mənə kömək eləmir. Evimə yağışda su damır."
Sosial şəbəkələrdə yayılan görüntülərdən də görünür ki, İcra Hakimiyyətinin əməkdaşları qazini sakitləşdirməyə çalışır və çəkiliş olduğu üçün bəlli etməyə çalışırlar ki, İcra Hakimiyyəti ona dərman və şifer (dam örtüyü) verib.
Dərmanların və sözügedən dam örtüyünün nə işə yaradığını isə elə qazi özü səsləndirib.
Sadəcə maraqlı məqam odur ki, qazini sakitləşdirməyə çalışan idarə əməkdaşlarının dediklərindən belə başa düşülür ki, İcra Hakimiyyəti ona yetəri qədər köməklik göstərib və bununla da artıq öz missiyasını yerinə yetirib.
Bəlli ki, yaşına görə ölkədə ən gənc İcra başçısı olan Mirhəsən Seyidovun yaşı kimi təcrübəsi də azdır. Bu başadüşüləndir. Amma, İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilənə qədər çalışdığı sahələri nəzərə alsaq görərik ki, əslində bu vaxta qədər sahib olduğu heç bir vəzifə onda "idarəetmə bacarığı"nı oyada bilməyib.
İdarəetmə bacarığı olmayan birinə də bir rayonun idarəçiliyinin həvalə edilməsinin fəsadları bu gün Neftçala rayon sakinlərinin narazılıqlarında öz əksini tapır.
Bu yaşda bu vəzifəyə sahib olub, bu qədər sakinləri özündən narazı salmasına baxmayaraq, təmkinini və rahatlığını qətiyyən pozmayan Mirhəsən Seyidovun işçiləri nədənsə bu görüntülər barəsində deyəsən öz tərəfdarları vasitəsilə gördüyümüzü dandıracaq şablon məlumatlar dərc etdirməyə ehtiyac duymayıblar.
Doğrusu, sorğu göndərməyə də biz lüzum bilmədik, çünki, İcra Hakimiyyətinin mətbuat katibi demişkən "abratnı" verəcək cavabları olmadığından əminik.
Amma, hər bir halda redaksiyamız hər kəsin söz haqqını tanıyır. Yəni, qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hər zaman hazırıq.
DogruXeber.az
Paylaş:
Müəllif : Yazar
Tarix:12-11-2021, 17:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər