“Rusiyanın bu davranışı bağışlanmazdır” - Deputatdan ETİRAZ
"Qarabağda təxribat törədən erməninin Ermənistana təhvil verilməsi beynəlxalq norma və qanunlara ziddir. Məsələ mütləq Azərbaycan qanunları ilə tənzimlənməli idi. Bu davranış Azərbaycanın hüquq mühafizə orqanlarına və dövlətimizə qarşı laqeydlikdir. Əgər Azərbaycan ərazisində hərbçilərimizə sui-qəsd edilirsə, həmin təxribatçılar mütləqdir ki, bizim qanunlarımızla cəzalandırılmalıdırlar. Sərhəddə baş verən hadisələr bir daha sübut edir ki, Ermənistanda hərc-mərclikdir, orada qanunlar işləmir və dövlət terror əməlləri törətməkdən əl çəkmir".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, Rusiya sülhməramlı kontingenti həmin ərazilərdə baş verən terror əməllərinə göz yumur və belə hadisələri ört-basdır etməyə çalışırsa, deməli, missiyalarının öhdəsindən gələ bilmirlər: “Həmçinin, onlar birmənalı olaraq Ermənistanı dəstəkləyirlər. Ona görə də Azərbaycan tərəfi mütləq adekvat tədbirlər görməli, ermənilərin Qarabağa keçdiyi dəhliz bağlanmalıdır. Laçın dəhlizinə Gorus-Qafan yolunda olduğu kimi, Azərbaycan postu yerləşdirilməli və gəlib-gedən hər kəs ciddi yoxlanılmalıdır. Onu da qeyd edim ki, erməni təxribatçısının Ermənistana təhvil verilməsi Rusiyanın Azərbaycana qarşı münasibətinin müsbət olmadığını göstərir. Biz hər yerdə bəyan edir və daim istəyirik ki, Rusiya ilə dostluq və qardaşlıq münasibətində yaşayaq. Lakin Rusiyanın bu davranışı bağışlanmazdır".
Paylaş:
Müəllif : Yazar
Tarix:15-11-2021, 11:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər