reklam
Regionxeberlericom.az » Sosial » Əlilliyi ləğv edilən şəxslər necə dolansın? - Nazirlik onlara yol göstərdi

reklam

Əlilliyi ləğv edilən şəxslər necə dolansın? - Nazirlik onlara yol göstərdi


















Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində 2022-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı millət vəkili Vüqar Bayramovun çıxışı əlillik pensiyalarının ləğvi məsələsini yenidən gündəmə gətirib.

Millət vəkili iclas zamanı sözügedən problemə toxunaraq bunları deyib:

“Əsassız pensiya və təqaüdlərin ləğvindən dövlət büdcəsinə 600 milyon manat miqdarında qənaət edildiyi bildirildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas funksiyası vəsaitə qənaət etmək olmamalıdır. Nazirlik pensiya və təqaüdlərin ləğv edilən vətəndaşların digər sosial proqramlara cəlb edilməsi istiqamətində hansı işlər görüb. Statistika varmı ki, əlilliyi və müavinəti ləğv edilən vətəndaşlardan neçəsi sosial təminatla əhatə olunub?”

Qeyd edək ki, noyabrın 10-u keçirilən iclasda maliyyə, iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi nazirləri və Hesablama Palatasının sədri də iştirak edibdir. Bu ilin yazında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də əllilik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqların aşkarlanıb və ləğv edilməsi barədə açıqlama vermişdi. Onun sözlərinə görə, araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əllilik, 90 minə yaxın pensiya işi ləğv edilib. Əlilliyi olan şəxslər və buna görə təqaüd alanların yenidən əlilliyin təyin edilməsi müddəti ilə bağlı sosial şəbəkələrdə və mediada narazılıqlarına dəfələrlə rast gəlinib.

Bəs bu və ya digər səbəbdən əlilliyi ləğv edilən şəxslərin hazırda sosial durumu necədir? Həmin şəxslərdən neçəsi sosial tədbirlərlə əhatə olunub?

Mövzu ilə bağlı Cebhe.info-nun sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov həmin şəxslərin məşğulluq proqramlarına müraciət edə biləcəklərini qeyd edib:

“Əlillik müddəti uzadılmayan şəxslər işsiz olduqları halda öz istək və seçimlərinə uyğun olaraq aktiv məşğulluq proqramlarına müracilət edə bilərlər”.

Bununla yanaşı, nazirlik rəsmisi əlillik müddətinin uzadılması qaydalarını da açıqlayıb:

“Qanunvericiliyə uyğun olaraq əlilik müddətli və ya geridönməz hallarda (əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər və s.) müddətsiz təyin olunur. Müddətsiz əlillik təyin edilmiş şəxslərin əlilliklərinin təkrar qiymətləndirilməsi aparılmır. Sağalması mümkün olan xəstəlik və xəsarətlərlə bağlı əlillik təyin edilərkən isə əlillik müddətli, yəni 5 illik müddətə təyin olunur. Əlilliyi olan şəxs ona təyin olunmuş əlillik müddətinin nə zaman bitdiyini bilməlidir. Əlillik müddəti bitdikdə qanunvericiliyin tələblərinə müvafiq olaraq, müddəti bitmiş əlilliyin uzadılmasına dair səhiyyə müəssisələrinə müraciət etməlidirlər. Əlillik müddətinin uzadılmasına dair göndəriş (Forma-88) səhiyyə müəssisələri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sisteminə daxil edilməlidir. Əlilliyə görə müavinət əlillik müddəti ərzində verilir. Əlillik müddəti bitdikdə həmin müavinətin verilməsi müddəti də bitmiş olur. Təkrar qiymətləndirmədən sonra əlilik müddəti uzadıldığı halda həmin müavinətin də ödənişi davam etdirilir.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2 iyul 2021-ci il tarixli Qanuna əsasən, əgər əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar əlillik təyin olunursa, həmin aradakı 6 aya qədərki dövr də əlillik dövrü hesab edilir və ötürülmüş həmin müddət üçün də müavinət (və ya əlilliyə görə pensiya) ödənilir."




Paylaş:


Müəllif : Tarix:
15-11-2021, 16:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər