“Müdafiə Nazirliyində dedilər ki, sən şəhid olmusan…” - Birinci Qarabağ savaşının qazisindən ŞOK İDDİA
“Hürriyyət”in redaksiyasına daxil olan bir məktubun sorağı ilə Suraxanı qəsəbəsində yerləşən həyət evlərindən birinə yaxınlaşdıq. Zahirən normal ev idi. Ev sahibəsi bizi elə kandardaca qarşılayıb içəri dəvət etdi. Əslində bizi bura çağıran da elə o idi. Həyətə daxil olanda kiçik bir ev, daha doğrusu, daxma gördük, qapısı açıq idi. İçəri girəndə gözümüz qarşısında açılan mənzərə bizi şaşırtdı. Şəraitsiz, kiçik bir otaq, iki çarpayı və bir-birinə sığınan iki çarəsiz insan. 80 yaşlı ana və… onun “şəhid” oğlu.
Bəli, səhv eşitmədiniz. Nə qədər absurd səslənsə də, 1-ci Qarabağ Savaşının iştirakçısı bütün bu illər şəhid statusunda yaşayıb. Şəxsiyyət vəsiqəsi belə olmayıb. Amma “şəhidliyinə görə” yaşlı anasına heç bir müavinət verilməyib, ümumiyyətlə dövlətin diqqətindən kənarda qalıb. Bütün bu illər ərzində sağ olduğunu heç bir dövlət qurumuna sübut edə bilməyən yaşayan “şəhid” ailəsini, ev-eşiyini itirib, illərdir yaşlı anasıyla birgə kirayə evlərdə yaşamağa məcburdur, fəhləliklə çörək pulu qazanıb, anasıyla birgə birtəhər keçiniblər. Amma yaş artıqca sağlamlığını itirib, üstəlik müharibədə aldığı kontuziya əsəb sistemini tamamilə dağıdıb. Bu gün yarımcan vəziyyətdə, doqquz il əvvəl onlara öz həyətində sığınacaq verən mehriban ailənin himayəsində yaşayır, anası ilə birgə. Bir qarnı ac, bir qarnı tox… Anasının aldığı təqaüd, bir də mərhəmətli insaların yardımıdır onları yaşadan. Üstəlik, gündə bir neçə dəfə ağrıkəsici vurulmayanda ağrıdan fəryad qoparır “canlı şəhidimiz”.
Bax belə, bir ailənin qonağıyıq bu gün. Ürək ağrısı ilə söhbətə başlayırıq yaşayan “şəhid”lə. Həyat tarixşəsini, keçdiyi döyüş yolunu özü anladacaq, bizsə… Bizsə onu dinləyib, dərdinə dərman tapmağa çalışacağıq.
“Mən, Musayev İlqar Təvəkkül oğlu, 1965-ci ilin 22 yanvarında Bakıda anadan olmuşam. 1986-cı ildə o vaxtkı Lenin adına ADPİ-nun hərbi hazırlıq və fiziki təlim fakültəsinə daxil olmuşam. 1990-cı ilin 16 fevralında, institutun 4-cü kursunda oxuyanda könüllü olaraq 1-ci Qarabağ Savaşına yollanmışam. Döyüş yolum Ağdam rayonundan başlayıb. Sonradan “Milli Qurtuluş” batalyonunun tərkibində BMP-2-nin komandiri kimi Füzulidə, Murovdağda, Ağdərədə, Laçında, Xocalıda döyüşlərdə olmuşam. Son döyüşyerim isə Tərtər olub.
Ağdamda Qarabağ müqavimətinin qəhrəmanı Allahverdi Bağırovun batalyonunda döyüşmüşəm. O vaxt ermənilər Allahverdiyə deyirdilər ki, bu ekipajı ya bizə satın, ya da özünüz məhv edin, onlar bizə qan uddururlar. Allahverdi isə onlara cavab vermişdi ki, onlar (yəni biz - mən, mənim mexanikim olan rəhmətlik Abdulla və böyük atıcı Rza, hər üçümüz bakılıyıq) Ağdamın qartallarıdır, hələ bu harasıdır, onlar sizi məhv edəcəklər.
İlk dəfə minaatanın qəlpələri bədənimin müxtəlif yerlərini dəlib keçdi, bəziləri də bədənimdə qaldı. Xırda qəlpələr idi, hospitalda hamısını bədənimdən çıxardılar. Amma əsəb sistemim tamamilə pozuldu. Hospitalda çox qalmadım, döyüş yoldaşlarımın yanına qayıtdım. İkinci dəfə isə BMP ilə minaya düşdüm. Sən demə, texnikamla birgə minaya düşüb şəhid olduğumu elan ediblərmiş, amma məni bundan xəbərsiz idim. Mən güclü kontuziya almışdım.
Yenidən hospital aparıldım, bir müddət müalicə aldım və təkrar döyüşə qayıtdım.
Tərtər-Ağdərə istiqamətində döyüşürdük. Həmin vaxt batalyonumuzun komandiri Şahin Tağıyev idi. Bir general gəlib bizə dedi ki, könüllülər tərxis olunur, siz azadsızın, sizi başqa döyüşçülər əvəz edəcək. Baxıb gördük, 18-19 yaşlı təcrübəsiz gənclərdir. Etiraz etmək istədik, amma bizi eşidən olmadı, məcbur evlərimizə qayıtdıq.
Bakıya qayıtdıqdan sonra daha təhsilimi davam etdirmək istəmədim. İşləmək istəyirdim. Elə bu məqsədlə də Şıxov batalyonunun komandiri polkovnik Zaur Rzayevin yanına gəlib, hərbi hissələrdən birində zabit kimi işləmək istədiyimi bildirdim. Rzayev cavab verdi ki, işə qəbul olunmağım üçün hərbi komissarlıqdan cəbhədə olduğuma dair arayış almalıyam.
Hərbi komissarlığa yollandım, oradan da məni Müdafiə Nazirliyinə göndərdilər. Müdafiə Nazirliyində bir məmurun qəbulunda oldum. Məni sor-sual edib arxivi qaldırdı və dönüb mənə dedi ki, “sən yaşamırsan, şəhid olmusan, biz ölülərə arayış vermirik”. Dedim, necə yəni yaşamıram, qarşınızda durmuşam, məni görmürsünüz? Cavab verdi ki, sənədlərə görə şəhidsən, mən heç nə edə bilmərəm.
Dilxor vəziyyətdə Zaur Rzayevin yanına gəlib olanları danışdım. Məni müxtəlif instansiyalara yönləndirdi, amma heç yerdə problemim həll olunmadı. Polkovnikin qəbuluna da daha buraxmadılar. Nə qədər çalışıb-vuruşsam da, dövlət qurumlarına sağ olduğumu sübut edə bilmədim, yaşlı anamla birgə kirayələrdə yaşadıq, fəhləlik etdim, anam da işlədi, birtəhər dolandıq bütün bu illəri. Amma indi anam çox yaşlaşıb, mən də sağlamlığımı itirmişəm, ayaqlarım sözümə baxmır, gözlərim demək olar ki, görmür. Qalmışıq ev sahiblərinin və qonşuların ümidinə.
Bir müddət əvvəl “YAŞAT” Fondundan gəlib problemimizlə maraqlandılar, sənədlərimi götürüb mənimçün şəxsiyyət vəsiqəsi aldılar, özləri də söz verib ki, anamla məni sığınacağa yerləşdirəcəklər, orada müalicə olunacağam və ayağa qalxacağam. İnanın, sağalsam, yenidən fəhləlik edib halal zəhmət haqqımla özümü, anamı dolandıraram”.
Bu məqamda İlqar bəyin ahıl anası söhbətə qoşulur, ağlamsına-ağlamsına düşdükləri çarəsiz vəziyyətdən danışır. Ev sahibəsinin işsiz qaldığını, artıq ailəsi ilə birgə korluq çəkdiyini söyləyir. Oğlunun dözülməz ağrılarından, çox vaxt yavan çörəyə belə həsrət qaldıqlarından, oğlunun ağrıkəsicilərinə pul çatdıra bilmədiklərindən ürək ağrısı ilə danışır, cəfakeş ana.
Bu ağbirçək ananı dinləyəndə adamın qəlbi qan ağlayır. Axı nəyə görə ömrünün ahıl çağında bu qədər əziyyət çəkməlidir? Vətənə İlqar kimi vətənpərvər, mərd oğul bəxş etdiyinə görəmi? Bütün bu illər ərzində mətanətlə hamı tərəfindən dışlanan oğlunun yanında olduğuna, hər çür əzab-əziyyətə qatlaşaraq onu yaşatmağa çalışdığına görəmi? Buna görə ən ali mükafata layiqdi əliqabarlı, qəlbiqübarlı ana. Bu gün onun övlad qayğısı görən vaxtıdır, o isə xəstə oğluna qulluq edir, gecəsi-gündüzü yoxdur, yeganə istəyi, arzusu üç övladından yeganə sağ qalan oğlunu sağlam görməkdir. Bu ananın göz yaşlarını dindirmək bir insan, vətəndaş kimi bizim mənəvi borcumuzdur, dövlətinsə birbaşa vəzifəsidir.
Başına gələn bütün müsibətlərə baxmayaraq, qürurunu, mənliyini itirməyən əsl Azərbaycan kişisidir, əsl vətənpərvər Vətən oğludur İlqar Musayev. Onu və anasını evsiz-eşiksiz qoyan uşaqlarının anası haqda artıq bir söz demədi, bütün bu illər ərzində heç kəsə yalvarmadı, qürurundan haqqını tələb etməyi belə özünə ar bildi. Amma bu gün köməyə, qayğıya ehtiyacı var. O, müqəddəs Vətən torpaqlarının bütövlüyü naminə həyatını təhlükəyə atıb, könüllülər sırasında cəbhəyə yollanıb. Biz bir ömür boyu ona və onun kimi mərd Vətən övladlarına borcluyuq, onların borcu ödənməz. Bu insanlar dövlət qayğısı ilə əhatə olunmalıdır, bütün problemləri həll olunmalıdır. Axı Konstitusiyada da deyilir ki, dövlət hər bir vətəndaşın qarantıdır. İlqar Musayev kimi Vətən oğulları, Vətən müdafiəçilərisə xüsusi imtiyazlı şəxslərdir, onlara bizdən qat-qat artıq qayğı göstərilməlidir.
İnanırıq ki, aidiyyati qurumlar bu ailənin taleyinə biganə qalmayacaq və ən tez zamanda haqq-ədalət öz yerini tapacaq, 1-ci Qarabağ Savaşının qazisinin və onu dünyaya gətirən fədakar ananın bütün ehtiyacları dövlət səviyyəsində qarşılanacaq.
P.S. Bu arada Müdafiə Nazirliyinə sələnmək istəyirik: yaşayan insanı, müharibə iştirakçısını, qazini necə görməzdən gəlmək olar axı? Tutaq ki, sənədlərdə anlaşılmazlıq olub, axı insan öz ayağı ilə yanınıza gəlib, özü də istəyi pul, yardım olmayıb, iş istəyib. Bəlkə də o zaman işlə təmin olunsaydi, ailəsini, evini itirməzdi və yaşlı anası ilə birgə kirayələrdə yaşamağa məcbur olmazdı…
Daxili İşlər Nazirliyinə də sualımız var. 30 ilə yaxın şəhid statusu ilə yaşayan bir vətəndaş hər hansı bir cinayət törətsə, ev qarət etsə, yaxud kimisə qətlə yetirsə, ona cəza kəsilə bilər? Axı ölüləri həbs etmək mümkün deyil… //hurriyyet.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:16-11-2021, 13:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər