Yoldaş Balaşov "Tərəqqi" medallı müəllimlə niyə vidalaşdı?" - Yardımlıdan ŞİKAYƏT
Ölkənin əksər şəhər və rayonlarında olduğu kimi, ucqar Yardımlı rayonunda da təhsil problemləri, müəllim gileyi günbəgün özünü daha qabarıq biruzə verir. Əvvəllər problemlərin ölçüsü kənd yerlərində daha böyük çərçivəni aşsa da, indi bəzi analoji vəziyyət rayon mərkəzlərində və ya şəhər mərkəzlərindəki təhsil müəssisələrində daha xarakterikdir. Paytaxtdan və digər rayonların mərkəzlərindən bir azca aralandıqca məktəblərdəki dözülməz şəraitsizlik, şagird qıtlığı, müəllimlərlə direktorlar arasındakı qeyri-səmimi mühit, tədris prosesindəki tənəzzül ucqar kəndlərə doğru daha da dərinləşir. Sinif otaqları sanki şagird üçün də, müəllim üçün də soyuq qəfəs olur.
"Demokratik.Az"-a Yardımlı rayonundan daxil olan şikayətin birindən isə bəlli olur ki, bəzən ömrünü pedoqoji sahəyə həsr edən, şərəfli müəllim adını hər şeydən üstün tutmuş bir çox adlı-sanlı müəllimlərin məqsədli şəkildə təhsildən uzaqlaşdırılması prosesi gedir. Yardımlı rayon təhsil şöbəsinin müdiri Manaf Səmədzadənin (Balaşov-red) diqtəsilə, yaşı 65-i haqlamış təcrübəli və "Tərəqqi" medallı birinin - ingilis dili müəllimi Mirhümbət Səmədovun müəllimliyinə dərhal xitam verilməsi təəssüf doğurur.
M.Səmədov yazaraq bildirir ki, uzun illər Yardımlı şəhər 1 nömrəli məktəbin direktor müavini vəzifəsində çalışıb. Bu ilin sentyabr ayında 65 yaşı tamam olduğu üçün işinə xitam verilib. Ardınca, prezident İlham Əliyevin 17 may 2011ci il tarixli, 127 nömrəli sərəncamını, Nazirlər Kabinetinin 30 oktyabr 2011-ci il tarixli 180 nömrəli qərarını və Təhsil Nazirliyinin 15 iyul 2011-ci il tarixli 1404 nömrəli əmrini rəhbər tutaraq daha bir il işləməsi üçün Yardımlı rayon təhsil şöbəsinə müraciət edib. 42 il fasiləsiz pedaqoji iş stajının, ixtisasca ingilis dili müəllimi olmasını, xüsusilə də prezident tərəfindən 2008-ci ildə "Tərəqqi" Medalına layiq görülməsini, sağlamlığının yerində olduğunu və kollektiv arasında böyük nüfuza sahib olduğunu xatırladıb. İşlədiyi 42 il müddətində töhmət belə almadığını yada salıb. Cari tədris ili üçün məktəbdə çalışdığı təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsinin vakansiyaya salınmadığını, ona görə də daha bir tədris ilində işləməsinə şərait yaradılmasını xahiş edib. Lakin Yardımlı təhsil şöbəsinin müdiri Manaf Səmədzadə ona nazirlikdən cavab gözlədiyini bildirib.
Şikayətçi deyir ki, sentyabrda nazir Emin Əmrullayev cənub zonası rayonlarında vətəndaş qəbulu həyata keçirərkən eyni xahişi etmək üçün nazirin "online qəbulu"na da yazılıb. Lakin rayon təhsil şöbəsinin müfiri Manaf Səmədzadə müəllimin istəyinə yenə mane olub. Ardınca, sentyabrın 20-də nazirə rəsmi müraciətini edib. Təhsil Nazirliyinin 22.09.2021-ci il tarixli cavab məktubunda müvafiq meyarlar gözlənilməklə onunla yenidən müqavilə bağlana biləcəyi deyilib. Lakin o, yenə Manaf Səmədzadənin birokratiyası ilə üz-üzə qalıb.
Şikayətçi müəllimin sözlərinə görə, 06 .11.2021-ci ildə yenidən nazirin qəbuluna düşmək üçün uğraşıb. Təhsil Nazirliyindən 012 599 11 55 nömrəli telefonla bildiriblər ki, onu yalnız Eşqi müəllim 2022-ci ilin ilk günlərində qəbul edə bilər.
Beləliklə, nazirlik tərəfindən də naəlac buraxılan müəllim haqlı olaraq sual edir ki, bu nə süründürməçilikdir? Həqiqətən də maraqlıdır - Bu müəllimə bir "hə" və ya "yox " cavabı vermək üçün təhsil nazirliyi niyə daha iki ay vaxt uzatmalıdır?
Təhsil nazirliyinin müəllimə göndərdiyi cavab məktubu isə ümidverici olsa da, görünür nəzərdə tutduğu hallar üçün işlək mexanizmi yoxdur. Bu il üçün yenidən məktəbdə qalıb işləməsinə heç bir maneə görünmədiyi və fəxri adları olduğu halda, Yardımlının TŞ müdiri Yoldaş Balaşovun Mirhümbət Səmədovla birdəfəlik vidalaşması, onu məktəbə yaxın buraxmaması heç cür başadüşülən deyil!..
Yardımlı təhsilində tuğyan edən və cənab Balaşov - Səmədzadənin hərəkətlərindən ortaya çıxan daha ciddi nöqsanları da bir-bir oxucu diqqətinə çatdıracağıq.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-11-2021, 08:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-11-2021, 08:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
21-11-2024, 12:40
RƏQQASƏ Bakıda faciəvi şəkildə öldü - Son kadrları yayıldı: Təsirli GÖRÜNTÜLƏR + VİDEO
21-11-2024, 10:33