reklam
Regionxeberlericom.az » Sosial » “Deputatın vəzifəsi ev tələb etmək deyil” - ETİRAZ

reklam

“Deputatın vəzifəsi ev tələb etmək deyil” - ETİRAZ















17 noyabr 2021-ci ildə Milli Məclisin plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Tahir Kərimli Milli Məclis Aparatının işçiləri üçün yaşayış binasının tikilməsinə köməklik edilməsini vurğulayıb.

MM Aparatından ev və maşın istəyən T.Kərimli çıxışında deyib:

"Milli Məclisin işçilərini nəzərdə tuturam. Burada bir nəfər rəhbər şəxsin maşınında oldum. Mənim 14 illik Vəhdət Partiyasının sədri kimi maşınım ondan yaxşıdır. Elə nazirliklərin şöbə müdirləri elə maşında gəzirlər ki... Milli Məclisin işçiləri xarici qonaqların qarşısına çıxırlar. Maliyyə Nazirliyi və hökumətdən xahiş edirəm, Milli Məclisin bu məsələlərinə diqqət yetirsinlər. Deməli, bizim rəhbərliyimiz həyalıdır, sizdən tələb etmir deyə, buna diqqət ayrılmamalıdırmı?! Milli Məclis Aparatı və İşlər idarəsi bütün məsələlərdə maksimum həllə çalışırlar".

İrəli sürülən təklif cəmiyyətdə xoş qarşılanmayıb. Bununla bağlı sosial şəbəkədə müzakirələr aparılıb. Belə ki, imkansız şəhid ailələrinin uçuq-sökük evlərinin fotoları paylaşılıb. Onların şəraiti olmayan evləri ilə deputat Tahir Kərimlinin dedikləri müqayisə edilib. "Cənab deputatlar, niyə şəhid ailələrinin sosial şəraitindən danışmırsız? Özünüzə lüks avtomobil və mənzil axtarırsız" kimi iradlar səsləndirilib.

Mövzu ilə bağlı "Sherg.az"a danışan "Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib ki,deputata ev tələb etməyə dəyməz:

"Şəhid ailələri, qazilər, müharibə iştirakçıları adından bir çoxları möhtəkirlik edir. Şəhid ailəsi başını aşağı salıb, kimdənsə nəsə istəmir. Onlar qəhrəman yetişdiriblər. Qəhraman böyüdən adamın gözləntisi yoxdur. Qışqır-bağır salanlar möhtəkirlərdir.

“12 deputatın evi yoxdur, onlar təmin olunsun” demək düzgün deyil. Hər halda ictimaiyyətin qarşısında belə söhbətlər aparmaq məqbul deyil".

E.Şıxlı bildirib ki, şəhid ailələrini mənzillə təmin etmək prosesi hökumətin işidir:

"Tahir Kərimli bir sözdür deyib. Bəlkə də, şəhidlər üçün nəsə xahiş və tələb edib. Sadəcə olaraq onun sözünü əllərində “bayraq” ediblər. Kimisə müdafiə etmirəm, lakin deputatların vəzifəsi ev tələb etməkdən ibarət deyil. Məsələləri bir-birinə qarışdırırıq. Deputat qanun qəbul edir, öz seçicilərinin tələblərini yerinə yetirir. Deputatlar şəhid ailələri və qazilərin mənzil problemindən danışa bilər. Amma onların evlə təmin edilməsi hökumətin işidir”.




Paylaş:


Müəllif : Tarix:
18-11-2021, 17:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər