reklam
Regionxeberlericom.az » Sosial » "Yarat Construction" və "Bəxtiyarov Group" şirkətləri fırıldaqçılıqla məşğuldur... - GİLEY

reklam

"Yarat Construction" və "Bəxtiyarov Group" şirkətləri fırıldaqçılıqla məşğuldur... - GİLEY














Bir neçə gün öncə sosial şəbəkə qruplarından birində Fidan Məmmədova adlı bir xanım öz şikayətini dilə gətirib. O, qeyd edib ki, "Yarat Construction" və "Bəxtiyarov Group" şirkətləri fırıldaqçılıqla məşğuldur. Şikayətçi xanım qeyd edib ki, həmin şirkətlər müştərilərdən təmir pulunu alsalar da, işi tam şəkildə bitirmirlər.

Məsələ ilə bağlı adı çəkilən şirkətlərdən biri - "Bəxtiyarov Group"-la əlaqə saxladıq. Şirkətin layihə rəhbəri Samir Hacıbəyli bildirdi ki, məsələnin birbaşa onların şirkəti ilə əlaqəsi yoxdur.

"Yarat Construction" şirkəti ilə biz əməkdaşlıq edirik və bəzi layihələrdə birlikdə çalışırıq. Şirkətin rəhbəri Sənan bəylə əməkdaşlıq edir, bir-birimizə iş ötürürük. Çünki eyni işi görürük. Şikayətçi müştəri isə, Sənan bəyin öz işindən olan müştəridir. İş bizim şirkətin əməkdaşı Şəhla xanımla müştərək görülüb. İşin görülməsi zamanı müştəri ilə narazılıq yaranıb. Dizaynerlərin səhlənkarlığı, məsuliyyətsizliyi ilə bağlı problem yaşanıb. Sonradan dizayn ilə bağlı müştəri dəyişiklik istəyib, dizaynerlər əlavə pul istəyiblər və s. və ilaaxır. Söhbətin uzanması hər iki tərəfin anlaşılmazlığından yaranıb. Arada isə müəyyən qədər ödəmə vəsaiti qalıb. İş düzgün şəkildə təhvil verilmədiyi üçün müştəridən ödəniş tam alınmayıb. Sonradan iş bizə gəlib çatdı və üzərimizdə qaldı. Ancaq dizayner də, müştəri də deyə bilməz ki, əlimizdə "Bəxtiyarov Group"-un müqaviləsi var",- deyə şirkətin layihə rəhbəri Samir Hacıbəyli bildirib. Onun sözlərinə görə, müştərilərlə sadəcə, müqavilə əsasında işləyirlər. Çünki şirkət nə görüləcək işi, nə də alınacaq vəsaitləri riskə atmaq istəmir.

S.Hacıbəyli bildirib ki, müştəri ilə danışıq aparılıb və ona bildirilib ki, Şəhla xanımın əmək haqqından həmin vəsait kəsilərək sizin haqqınız ödəniləcək: "Biz onlardan vaxt istəmişdik. Ancaq onlar gözləmək istəmədilər və şikayət etməyə üstünlük verdilər. Bu məsələdə bizim sırf öz işimiz olmadığı üçün belə vəziyyət ortaya çıxıb".

Bizimyol.info





Paylaş:


Müəllif : Tarix:
19-11-2021, 12:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər