reklam
Regionxeberlericom.az » Sosial » Vətəndaşı aldadıb 23 min manat pulunu mənimsədilər - NARAZILIQ!

reklam

Vətəndaşı aldadıb 23 min manat pulunu mənimsədilər - NARAZILIQ!

















Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində məskunlaşan məcburi köçkün Alıyev Firuddin Ramiz oğlu 23 min manat pulunun mənimsənildiyini iddia edir.

Yenicag.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, özünü Zəngilan şəhərciyinin Mənzil Kommunal Sahəsinin rəis müavini kimi təqdim edən İlham Qarayev adlı şəxs başqa şəxslərlə əlbir olaraq mənzil sahibi olmaq istəyən ailəni aldadıb.

“İlham Qarayev zəng edərək, bizi görüşə çağırdı. Zəngilan şəhərciyindəki bəzi mənzillərin “Qaçqınkom”un razılığı ilə pul müqabilində satıldığını və qeydiyyat üçün beş min manat, mənzil üçün iyirmi üç min manat ödəməli olduğumuzu və beş min manatı əvvəlcədən verməli olduğumuzu bildirdi. Onun təlimatına uyğun olaraq bacım və anam beş min manatı aparıb Səidə Dünyamalıyevaya MKS-dəki otağında veriblər. Səidə isə pulu onlardan alıb, müdirin otağına daxil olaraq MKS rəisi Yusif Musayevə verib. İyirmi üç min manat məbləğində pul vəsaitini isə bu vəzifəli şəxslərin təlimatı ilə öncədən tanımadığımız Samir adlı şəxsə verdik”.

Daha sonra Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovla aralarında “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” bağlandığını söyləyən Firuddin Alıyev Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində 13 nörməli evdə 51 saylı mənzilin ona ayrıldığını qeyd edib.

“Müqavilə tam rəsmi qaydada dövlətin rəsmi qurumunun möhürü ilə təsdiqləndiyi üçün heç bir şübhəmiz olmadı. Lakin sonradan məlum oldu ki, bütün bunlar bir oyundur və Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində sözügedən mənzil Kəlbəliyev Samir Nizami oğlunun adınadır. Bu şəxslərin bir şəbəkə şəklində işlədiklərini mənə isə saxta yollarla hazırladıqları bir müqavilə təqdim etməklə pulumu ələ keçirdiklərini müəyyən etdim. Bununla bağlı müvafiq dövlət orqanlarına şikayət edəcəyimi bildirdikdən sonra Yusif Musayev beş min manatı geri qaytardı və bildirdi ki, ya evi mənim adıma sənədləşəcək, ya da qalan pul qaytarılacaq. Ancaq sonradan o bizimlə əlaqəni kəsdi. Daha sonra sözügedən mənzil məndən alındı və MKS-nin arayış üçün nəzərdə tutulan möhürü ilə möhürləndi. Guya yuxarıların qərarı olduğunu və bu məsələnin çox böyüməməsi üçün pulu da geri qaytaracaqlarını bildirdilər. Mənzil Kommunal Sahəsinin keçmiş rəisi Yusif Musayev, əməkdaşı Dünyamalıyeva Səidə Tofiq qızı və əslində sürücü olan, lakin özünü MKS-in rəis müavini kimi təqdim edən İlham Qarayev, Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov qabaqcadan əlbir olaraq mənə qarşı bu cinayət əməlini törətdiklərini başa düşdüm”, – deyə şikayətçi bildirib.

Qeyd edək ki, Firuddin Alıyev məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova ərizə uilə müraciət edib.






Paylaş:


Müəllif : Tarix:
19-11-2021, 17:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər