reklam
Regionxeberlericom.az » Sosial » Deputatın payı olduğu BOKT-un rəhbərlərindən ikisi vəzifəsindən - AZAD EDİLİB

reklam

Deputatın payı olduğu BOKT-un rəhbərlərindən ikisi vəzifəsindən - AZAD EDİLİB

















Azərbaycanda deputat Məşhur Məmmədovun (01.01.2021) payı olduğu bank olmayan kredit təşkilatının idarə heyətində iki şəxs vəzifəsindən istefa verir.

regionxeberlericom.az Banker.az-a istinadən xəbər verir ki, Elnur Kazımov Nəcəf oğlu və İlkin Vəliyev Süleyman oğlu “Bank Olmayan Kredit Təşkilatı Embafinans” QSC-nin İdarə Heyətindən uzaqlaşdırılıblar. Bununla da BOKT-nin İdarə Heyətinin üzvləri bir sədr və iki üzvdən ibarət olacaqdır.

Elnur Kazımovun (Baş maliyyə meneceri) səlahiyyətləri belə idi:

Təşkilatın Mühasibat uçotu və hesabatlıq sistemini beynəlxalq standartlara uyğun təşkil edir və hesabatlığın şəffaf şəkildə tərtibini təmin edir;

Maliyyə planı və büdcə planını hazırlayır və icrasına nəzarət edir;

Maliyyə təhlilini təşkil edir;

Təşkilatın mənfəətlik və likvidlik mövqeyini nəzarətdə saxlayır və s.

İlkin Vəliyevin (Problemli kreditlərin idarəedilməsi şöbəsinin müdiri) səlahiyyətləri bu idi:

Təşkilartın gecikmiş

kreditlərinin mərhələli

şəkildə idarə olunmasını

təşkil edir;

Problemli kredit

müştəriləri ilə məhkəmə

işlərini nəzarətdə saxlayır və s.

Kollegial idarəetmə formasında olan BOKT-lərdə idarə heyəti təşkiların idarəedici orqanıdır.

“Embafinans” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-nin nizamnamə kapitalında Elşad Abbasovun payı 51%-ə, Milli Məclisin VI çağırış deputatı Məşhur Məmmədov 35% və Tamara Polyakova 14% payı var. Xanım səhmdar bu BOKT-a yenidir. Belə ki, deputat və iş adamları paylarını T.Polyakovaya ötən il satmışdılar.




Paylaş:


Müəllif : Tarix:
22-11-2021, 10:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər