reklam
Regionxeberlericom.az » Sosial » “Azəristilik”də nə baş verir? – Qurum hələ də qış rejiminə keçə bilmir

reklam

“Azəristilik”də nə baş verir? – Qurum hələ də qış rejiminə keçə bilmir

















Noyabrın 15-dən Azərbaycanda qış rejiminə keçilsə də, hələ də paytaxtın bəzi ərazilərində istiliyin təmin olunması ilə bağlı problemlər qalır.

Analoji hal hər il yaşansa da, cavabdeh qurum nə problemi həll etməyə çalışır, nə də tənqiddən nəticə çıxarır. Bu vəziyyətdən ən çox əziyyət çəkənlər isə körpələr və məktəbyaşlı uşaqlardır. Hələ istilik verilməyən evlərdə qızınmağa həsrət qalan xəstələri və yaşlı insanları demirik.

Sosial şəbəklərdə yayılan məlumatlara görə Xətai, Nərimanov, Yasamal, Suraxanı rayonlarının bir çox ərazilərinə və məktəblərə tam olaraq istilik verilməyib.

Qurum istilik təchizatı sistemində 2021-2022-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində əhəmiyyətli işlər gördüyünü vurğulayır. Bundan əlavə “Azəristiliktəchizat” ASC havaların soyuması ilə əlaqədar Azərbaycanda mənzillərə istiliyin verilməsinə vaxtından tez başlanıldığını bildirmişdi. Hətta əvvəlki illərdə olan problemlə qarşılaşmayacağımıza zəmanət vermişdi.

Sözügedən məsələdə daha ciddi problem ortaya çıxıb. “Azəristiliktəchizat" ASC-nin “Azəriqaz”a 25 milyon manat borcu var. İllərdir mövcud olan və hər mövsümdə yada düşən bu problemin birdəfəlik çözülməsi də mümkün olmur.

Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev Bizim.Media-ya açıqlamasında bütün qazanxanaların işlədiyini və istilik verilməyən ərazilərin olmadığını bildirib:

“Ara-sıra bəzi yerlərdə və binaların axıntı hissələri ilə əlaqədar məhdudiyyətlər ola bilər. Ümumiyyətlə isə bütün qazanxanalar, məktəb və binalar istiliklə təmin olunur”.

“Azəriqaz” İB-nə olan borclarına gəlincə, Rafiq Əiyev təbii qazın verilişi ilə bağlı çətinlik olmayacağını qeyd edib:

“Hazırda “Azəristiliktəchizat”ın bütün qazanxanaları təbii qazla təmin olunur. Qazanxanaların qaz təchizatında heç bir problem yoxdur. Borcların ödənilməsi istiqamətində qurumumuz tərəfindən zəruri tədbirlər görülür ki, qazanxanalara qaz təchizatı dayandırılmasın”.

Maraqlıdır ki, iki qurum arasında olan borc məsələsində müxtəlif rəqəmlər səsləndirilir. Son məlumata görə, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin "Azəriqaz" İB-ə 34,3 milyon manat borcu var. Borclu tərəf isə bununla razılaşmır və borcun deyiləndən 14 milyon manat az - 20,3 milyon manat olduğunu iddia edir

Rafiq Əliyev qeyd olunan məsələyə də münasibət bildirib. Onun sözlərinə görə qazanxanalar işlədikcə, borc məbləği dəyişir:

“Qazanxanalar üzrə sərfiyyat dərəcəsi hər ay dəyişir. Ödəniş olduqca azalır, qazanxanalar istifadə etdikcə artır”.

Qeyd edək ki, “Azəristiliktəchizat” ASC-yə borca görə verilən möhlətin müddəti dekabrın 15-nə qədər uzadılıb.

Xatırladaq ki, gələn il dövlət büdcəsindən "Azəristiliktəchizat" ASC-yə 41,1 milyon manat subsidiya ayrılacaq.

Bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında" qanun layihəsində əksini tapıb. Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 58,1 faiz çoxdur. Subsidiya, satış tarifinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə görə yaranmış zərərin örtülməsi üçün nəzərdə tutulub.




Paylaş:


Müəllif : Tarix:
22-11-2021, 17:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər