Neftçalanın OLİQARX MƏMURU... - İTTİHAM
Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun qanunsuz hərəkətləri, rayon ərazisində balıq yetişdirən sahibkarları su ilə imtahana çəkməsi, onlardan vətəgə biznesi üçün istifadə etdikləri hər hektara su buraxılması üçün 200 manat rüşvət alması və bununla da bazarda balığın qiymətinin artmasına səbəbkar olması barədə məlumat KİV-də ictimailəşsə də, “Meliorasiya və Su Təsərrüfatı” ASC – nin rəhbərliyinin niyə bu kadrı hələ də vəzifədə saxlaması müəmmalıdır. Hərçənd, bu məsələ Elçin Əsədovun rəvac verdiyi qanunsuzluqlar sırasında yalnız biridir.
Bu mövzuda yazılan tənqidi məqalələrdə xatırladılır ki, Neftçala rayonunda balıq yetişdirmək üçün 10 min hektardan artıq süni gölməçə fəaliyyət göstərir və hər bir sahibkar rentabelli işləmək üçün minimum 50 hektarı əhatə edən süni gölməçədə balıq yetişdirir. Adi riyazi hesablama da göstərir ki, 50 hektar süni gölməçəni suyla doldurmaq üçün sahibkar Elçin Əsədova 10 min manat verməlidir. Toplam rəqəm isə 2 milyon manatdan artıq edir.
Pul isə get-gedə Elçin Əsədova çox lazımdır. Təkcə özünə və ağsaqqallıq, himayədarlıq etdiyi qohum-əqrəbasına yox, həm də hazırda korrupsiya ittihamı ilə həbsdə yatan Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevin “içəridəki” ehtiyaclarını ödəmək üçün. Məlumatlarda xüsusi vurğu ilə qeyd olunur ki, Elçin Əsədov işçilərinin maaşından kəsib “YAŞAT” Fonduna ianə köçürmək adı ilə vaxtaşırı olaraq (ən geci ayda bir dəfə) köhnə korrupsiya ortağı İsmayıl Əsədova “peredaça” çatdırır. Bəzi adı işdə gedən qohumlarının maaş kartlarınınb da rəisin cibində olduğu deyilir. Yəqin, başa düşüləndir ki, Vəliyevin xərcləri “orta statistik” dustağın dövlət tərəfrindən qarşılanmayan əlavə xərclərindən qat-qat artıqdır.
O da bildirilir ki, Elçin Əsədov məhrəm məclislərdə Neftçala RİH-nin yeni başçısının qarasına deyinir, “canımızı boğazımıza yığıb” deyir. Bir sözlə, yalan-doğru cəmiyyətə mesaj verir ki, iki cəbhəyə işləmək onun üçün çətindir. Bir də qeyd olunur ki, Elçin Əsədov atalar sözləri həvəskarıdır və öz sözlərini qüvvətə yüksəltmək üçün zərb-məsəllər sırasından özünə sərf eləyənləri yeri gəldikcə nitqində işlədir. Ən çox sevdiyi atalar sözü isə budur: “Könlü balıq istəyənin quyruğu suda gərək”. Bununla da xəbərdarlıq etmiş olur ki, balıq yetişdirmək istəyənin əli gərək mənim cibimdə olsun.
Nyus.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:24-11-2021, 14:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər