reklam
Regionxeberlericom.az » Sosial » "Heç bilmirlər ki, nəyi, necə inkişaf etdirsinlər?" - KTN-yə İTTİHAM

reklam

"Heç bilmirlər ki, nəyi, necə inkişaf etdirsinlər?" - KTN-yə İTTİHAM















Dövlət tərəfindən hər il bölgələrin inkişafı üçün xüsusi maliyyə vəsaitləri ayrılsa da, regionlarda kənd təsərrüfatı sahəsində durğunluq davam etməkdədir. Belə olan halda da kəndli üz tutur Bakıya və muzdlu olaraq çalışır.

Yenisabah.az-la fikirlərini bölüşən kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov bildirib ki, bu mövzuda dərin təhlilə ehtiyac var. Eskpert iddia edib ki, Azərbaycanda problem odur ki, kənd təsərrüfatı ilə əlaqəli heç bir konsepsiya yoxdur:

“Sovet hökuməti vaxtı kolxoz və sovxoz konsepsiyası var idi və kənd onun üzərində inkişaf edirdi. Sonra kolxoz və sovxozlar dağıldı. Belə olan halda hazırda müstəqil Azərbaycanın kənd təsərrüfatı konsepsiyası yoxdur. Heç bilmirlər ki, nəyi, necə inkişaf etdirsinlər?

Bir də bu sahəyə akademik yanaşma yoxdur. A-dan Z-yə dəyər zənciri düzgün formalaşdırılmır. Əkinçi də, yazda əkinçi, qışda dilənçidir. Onun kənddə qalmağa heç bir səbəbi yoxdur. Pul qazana bilmir, təhsil, hüquq, qayda-qanun yox, idarəçilik sıfır. Bir sözlə, onu kənddə saxlayan heç bir səbəb yoxdur. Aidiyyatlı qurumlar da maraqlı deyil ki, onun insan kimi, ləyaqətli yaşaması üçün bütün şərtlərini ödəsin ki, o kənddə qalsın”.

Mütəxəsis bildirib ki, bunların hamısı zəncir şəklində var olan problemlərdir: “Düzdür, əslinə baxanda dövlət oraya ciddi maliyyə ayırır, amma ondan da oliqarxlar istifadə edir. Böyük oliqarxlara məxsus şirkətlər o yardımlardan, güzəştli kreditlərdən istifadə edir. Çünki banklar şəhərdə girova ev istəyir, əmlak tələb edir və s. Kəndlinin də təbii ki, ona imkanı yoxdur. Ona görə də, bu güzəştlərdən və yardımlardan böyük oliqarxlar istifadə edir.

Bu gün kiçik ailə təsərrüfatlarının inkişafı üçün heç bir addım atılmır və heç bir strateji xətt də yoxdur. Regionların sosial iqtisadi inkişafına 120 milyard manatdan çox pul ayrılsa da, regionların büdcədə çəkisi cəmi 4%-dir. Yəni bu o deməkdir ki, regionlarda pul yoxdur. 96% Bakının payına düşür və buna görə də hamı qaçır Bakıya. Kəndlərdə yol, iz yox. Yetim kəndli orada nə etsin?”

Ş. Nəcəfov əlavə edib: “Keçən il Şəmkirin pomidoru kəndlinin əlində qaldı. Gömrüyün və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yarıtmaz siyasəti nəticəsində fermerlər məhv oldular, bankrot oldular. Məsələn, bu il xurma bağları heç yığılmayıb, qalıb üstündə. Daha bir acınacaqlı vəziyyət də budur. Onların alınması, tədarükü, yolların açılması ilə bağlı heç bir addım atılmır.

Keçən il pomidor əkənlər, məhsulu tək Moskvaya aparıb bazara malını çıxarmağa, yeşiyi, maşını, gömrüyü və s. ümumi 14 min dollar ziyan etdilər. Maşınlar 10-12 gün Rusiya ilə SDK-da (Samur sərhəd-keçid məntəqəsi – red.) qaldı, 4-5 gün gömrükdə gözlədilər, Rusiyanın gömrüyü də gözlətdi. Oranı da monopoliyalaşdırıblar, gərək Qod Nisanovla razılaşdırıb, “Fud Siti”də malını satasan. Yəni belə oyunlar qura-qura insanları bankrot etdilər. Get-gedə də vəziyyət daha ağırlaşır”.

“Gələn il də mənə elə gəlir ki, daha ağır bir vəziyyət bizi qarşılayacaq. Qaz, işıq, yanacaq baha, regionlar üçün heç bir ciddi güzəştlər tətbiq olunmur, İcra Hakimiyyətləri, hüquq mühafizə orqanlarının özbaşına fəaliyyətləri, bələdiyyələrin qanunsuz seçkiləri – bunlar hamısı regionların yaşanılmaz halına gətirib çıxardıb. Ona görə də, bunların hamısına akademik yanaşılmalıdır”, - deyə analitik əlavə edib.

Həmsöhbətimiz onda vurğulayıb ki, dövlət ailə və kiçik sahibkarların inkişafı üçün konsepsiya qəbul etməlidir: “Müasir kənd necə görünməlidir? Kəndin konsepsiyası nə olmalıdır? Emal müəsissələri olmalıdır, kəndlinin malına dəyər verilməlidir.

KTN deyir ki, ucuz kənd təsərrüfatı məhsullarının satışının yarmarkasını təşkil edirik. Heç kim də soruşmur ki, sən kimsən ki, kəndlinin malını ucuz qiymətə satmağa can atırsan? Kəndlinin malının bir dəyəri var, amma onu heç kim hesablamır. Məsələn, bu il Quba almasının, Cəlilabad kartofunun, mal və toyuq ətinin maya dəyəri neçəyə başa gəlir? Bunu heç vaxt bizim hökumət hesablamır. Sonra da deyirlər ucuz kənd məhsulları satırıq. Niyə? Sən kimsən ki, kəndlinin malını ucuza satırsan?

Bizdə bir daha deyirəm, kənd təsərrüfatı sahəsində konsepsiya yoxdur və bu da böyük problemlərə gətirib çıxarır”.




Paylaş:


Müəllif : Tarix:
25-11-2021, 15:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər