Qəhrəman Şəhidimizin ailəsinin DÖVLƏTDƏN UMACAĞI VAR... - "Körpə uşaqla kirayədə yaşamaq..."
“Vüsal mənim xoşbəxtliyimdir. Bəzi adamlar deyir ki, sən Vüsalı çox sevdin? Deyirəm, sevdin keçmişdə qalır. Sevirəm və sevəcəyəm. Vüsalın hər gün bir paltarı ilə yatırdım, hər gün bir paltarını qoxulayırdım. İndi qorxuram, gec gec iyləyirəm ki, iyisi dağılar. Tez-tez açıram qoxusu dağılır. İndi bağlamışam geyimləri olan boxşanı, heç iyi dağılmasın, az da olsa gəlsin. Eybi yox ayda bir dəfə iyləyim, ildə bir dəfə iyləyim. Amma o iy dağılmasın, hiss edim onu”
Bunu Moderator.az-a Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı kəşfiyyatçı şəhidi Vüsal Məmmədovun həyat yoldaşı Zemfira Məmmədova deyib. O daha sonra Vüsalla tanışlığından danışıb.
“Vüsal Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı kəşfiyyatçısı idi. O 10 ilini vətənə xidmətə həsr edib. Əslən Füzulinin Musabəyli kəndindən idi. Ən böyük arzusu da ata-baba yurdunu düşməndən azad etmək idi. Həyat bizi 29 yaşında qovuşdurdu, amma xoşbəxtliyimiz çox az çəkdi. Vüsalı ilk dəfə bibimgildə görmüşdüm. Heç onunla danışmaq istəmirdim. Bibim zəng elədi ki, Vüsal deyir ki, qızın nömrəsini verin özüm söhbət edib, razı salım. Amma bir şərtlə ki, əgər qız razı deyilsə məcburi nömrə istəmirəm. Vüsala nömrəmi öz razılığımla verdim, söhbət etdik danışdıq amma danışdıqca Vüsalın söhbəti mənə xoş gəlirdi. O sözləri, hərəkətləri ilə qəlbimə yol tapa bildi. Elçilik oldu sonra həriyə gəldilər. Mən gözəllik salonunda idim, Vüsal zəng elədi ki, biz sizdəyik. Dedim əyləşin gəlirəm. Dedi sən gələnə qədər əyləşmərəm. Vüsal məni gözlədi ayaq üstə, əlində güllə, dedi əyləşmərəm heç vaxt. Gəldim məni ayaq üstə qarşıladı” deyə şəhidin xanımı bildirib.
Zemfira Məmmədova deyir ki, Vüsal körpəsinin olacağını biləndə böyük sevinc hissi keçirib.
“Vüsal oğlunun gəlişindən telefonla xəbər tuta bildi. İşi ilə əlaqədar olaraq həkimə gedəndə heç vaxt yanımda olmadı. Vüsalın arzusu idi ki, bir dəfə mənimlə getsin, uzidə də olsa uşağı görsün. Sentyabrın 3-ü ya 4-ü idi həkimə getdik. Vüsal dedi ki, get onsuz da məni işdən buraxmayacaqlar. Getdik xəstəxanaya, xanıma dedim ki, xanım yoldaşımla bərabər sevincli xəbəri eşitmək istəyirəm. Mən ona zəng etdim, bir dəfə aça bilmədi ikinci dəfə yığdım, dedim Vüsal mən səni burada gözləyirəm, sənə uşağın xəbərini vermək istəyirik. Dedi ki, nə olacaq? Dedim oğlan. Vüsal sevindi və dedi ki, şükür Allaha, Hüseynim gəlir. Hüseyninə cismən sarıla bilmədi, onun üzünü görə bilmədi, amma gələcəyindən xəbərdar halda əbədiyyətə qovuşdu” deyə Zemfira Məmmədova deyib.
Şəhidin xanımı bir faktı da bizimlə bölüşüb.
“Haradasa yay ayları, təxminən avqust ayı olardı. Vüsal qazi yoldaşının yanına getmişdi. Evə gələndə gördüm ki, gözləri dolub. Nə olduğunu soruşdum? Dedi ki, dostum qazi olduğu üçün yoldaşı ondan ayrılıb. Hiss edirdim ki, Vüsal mənə nəsə demək istəyir. Dedi ki, mənə nəsə olsa sən məni atarsan? Ona dedim ki, heç vaxt! Bunu ağlına belə gətirmə. Sənin bir ayağın yox, iki ayağın olmasa da, iki qolun, iki gözün olmasa da mən səni atmaram. Sənə ayaq da, göz də, qol da olaram. Yetər ki, sənin ürəyin döyünsün” deyə şəhidin xanımı bildirib.
Zemfira Məmmədova sosial durumundan da söz açıb.
“Mən hal-hazırda körpə oğlumla birlikdə kirayədə yaşayıram. Yoldaşımla ailə həyatı quranda bu evə köçmüşdük. Körpə uşaqla kirayədə yaşamaq həddindən artıq çox çətindir. Mən çox istərdim, təbii ki, dövlət bu problemi həll edirsə, kirayə pulunu ödəsin. Əgər mümkün deyilsə, mənim ən böyük arzum odur ki, evim olsun. Yoldaşıma kəsilən pensiyadan həm kirayə pulunu, həm də kommunal xərcləri ödəyirəm. Öz evim olsa kirayə pulu vermərəm, kəsilən pensiya ilə uşağımı böyüdərəm” deyə Zemfira Məmmədova bildirib.
Qeyd edək ki, Vüsal Məmmədov Füzuli, Hadrut, Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-11-2021, 09:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər