reklam
Regionxeberlericom.az » Sosial » Babək Niftəliyev onu sərt tənqid edən millət vəkilinə CAVAB VERDİ: - Müharibə vaxtı bəziləri kimi...

reklam

Babək Niftəliyev onu sərt tənqid edən millət vəkilinə CAVAB VERDİ: - Müharibə vaxtı bəziləri kimi...















Şəhid adı gələn yerdə boynumuz qıldan incədir. Onların ailələri də həmçinin, dəfələrlə şəhid balalarının toyunda çıxış etmişəm, heç bir təmənna güdmədən. Ölənə qədər də şəhid ailələrinin qulluğunda duracam. Xudayar qardaşımız bunu toyda oxumuşdu ki? Döyüşə gedəndə əsgər yoldaşlarını ruhlandırmaq üçün onu oxuyurdu. Torpağımızda, vətəndə, hərbçiləmiz içində uçulub dağılmış bir yerdə oxumuşdu. Belə çıxır ki, bunu Xudayar qardaşımıza irad tutmalı idik? O döyüş xoş mənzərə idi ki? Nə qədər yorğun olsa da, əzab-əziyyətlərdən keçərək döyüşə-döyüşə ora gəlsə də, göstərir ki, vətənimiz, diyarımız xoşdur. Bu xoş mənzərələr daha da gözəlləşəcək, əla olacaq.

Bu sözləri Publika.az-a açıqlamasında Əməkdar artist, tanınmış xanəndə Babək Niftəliyev deyib.

Sənətçi millət vəkili Sabir Rüstəmxanlının onun Zəngilanda ifa etdiyi “Vətən yaxşıdır” mahnısına bildirdiyi iradlarına tutarlı cavab verib və onun suallarına tək-tək aydınlıq gətirib:

“Mahnının müəllifi Əlibaba Məmmədova zəng edib təbrik etdim və təşəkkür etdim ki, bu mahnıya “Xudayar təsnifi” adını verməyə razı olub. Əsəri neçə-neçə xanəndələr və musiqiçilər oxusa da, bir o qədər sevilməyib. Ancaq qəhrəmanımız şəhid Xudayar bu mahnını necə ifa edibsə, dillər əzbəri olub, uşaqdan böyüyə kimi. Azərbaycan Dövlət Televiziyasının solistiyəm, mənə əmr verilir ki, şəhid “Xudayarın təsnifi”ni oxu. İfa etməsəm, bunu necə qələmə vermək olar? Sözügedən əsəri 2008-ci ildə lentə aldırmışam, ancaq öz ifamda sevilməmişdi. Şəhid Xudayarın ifasından sonra bu mahnının xalqımızın qəlbində yeri bir başqa oldu. Artıq ona “Vətən yaxşıdır” deyil, “Xudayar təsnifi” deyirlər.

Sabir müəllim bilməlidir ki, 44 günlük müharibədə cəbhə bölgələrində oldum. Gecə-gündüz canımı qoydum, səngərlərdə onlar üçün vətənpərvər mahnılar ifa etdim. Bəziləri kimi gizlənmədim, xaricə qaçmadım, qardaşlarımın yanında oldum.

Mahnını ikinci dəfə tamam başqa bir ruhda ifa elədim. Şəhidimizin adı ilə bağlıdır, xalqımıza mahnını o sevdirdi. Xudayarın timsalında bütün şəhidlərimiz gözümüzün önündə canlanır.

Çəkdiyim zəhmət bəzilərinin gözünə görünmür, istəyirlər ki, bir nöqsan axtarıb tapsınlar. Axtarmaq lazımdır ki, görən bunların qohum-əqrəbasından əsgərlikdə olanı varmı? Könüllü olaraq postlarda oldum, tanınmışlardan çox az adamı gördüm. Adamı yandırır... “Xudayar təsnifi”nin adı gələn yerdə deyək ki, oxumuruq biz? Bu, ilk növbədə şəhidimizə hörmətsizlikdir, bəlkə də Sabir bəy Xudayarın döyüş səhnəsində bu mahnını ifa etdiyini heç görməyib. Bilməlidir ki, bu mahnı döyüş səhnəsində oxunduğu üçün bu qədər doğma ola bilib. Siyasət xadimlərinin bu cür danışması adama pis təsir edir. Bu mahnı artıq əsgərlərimizin himninə çevrilib. Postlarda əsgərlər bir ağızdan xahiş edib ki, “Xudayar təsnifi”ni oxu. Odur ki, biz bunu toyumuzda da, şən günümüzdə də, ən ağrılı-acılı günümüzdə də oxumalıyıq. Bu, bizim zəfərimizdir! Döyüş vaxtı səngərlərdə məndən çox vətənpərvər mövzularda mahnı oxuyan görməmişəm. Efirdə oxumaq olar, amma səngərdə oxumaq çətin məsələdir”.

Məlumat üçün bildirək ki, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı Əməkdar artist Babək Niftəliyevin Zəngilanda “Vətən yaxşıdır” mahnısını oxumasını tənqid edib. O, bu barədə sosial şəbəkədə kəskin status yazıb.




Paylaş:


Müəllif : Tarix:
26-11-2021, 16:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər