reklam
Regionxeberlericom.az » Sosial » Sahil Babayev KİMLƏRİN QƏSDİNƏ DURUB?.. - ACINACAQLI MƏNZƏRƏ...

reklam

Sahil Babayev KİMLƏRİN QƏSDİNƏ DURUB?.. - ACINACAQLI MƏNZƏRƏ...














Pensiyası kəsilənlər narazılıq edir, ƏƏSMN isə mövqeyindən çəkilmir…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əvvəlki dövrlərdə saxta şəkildə əlillik dərəcəsi alaraq dövlətdən pensiya alan yüzlərlə şəxsin əlilliyi ləğv edilib. Ölkədə hansısa yollarla saxta əlilliyi olan və büdcədən pensiya, təqaüd alanların olduğu hər kəsə məlum idi, nazirliyin bu istiqamətdəki fəaliyyəti də ilk günlərdən dəstəkləndi. Lakin sonradan məlum oldu ki, bəzi hallarda bu proses həqiqi əlilliyi olanların da sosial təminatının əngəllənməsinə qədər gedib çıxır. Bəzi şəxslər əlillik dərəcələrinin yüngülləşdirilməsindən, bəziləri isə ümumiyyətlə, əlillik müddəti bitdikdən sonra onun uzadılması ilə bağlı müraciətə imtina gəlməsindən narazıdır.

Mətbuat olaraq bizə də şikayətlər daxil olmaqdadır, hətta bu istiqamətdə son vaxtlar lokal etiraz aksiyaları da keçirilir. Əlillik müddəti dayandırılanlar arasında anadagəlmə xəstələrdə var. Bu, məsələnin həssaslığını bir daha gündəmə gətirir. Lakin dövlət qurumları da bu istiqamətdəki fəaliyyətində heç bir istisnaya, güzəştə yol vermədən davam edirlər, prosesdə hər hansı yanlışlıq olması ehtimalını belə qəbul etmirlər. Oxuinfo.az informasiya agentliyinə İmişli şəhəri R.Bağırov küçəsi 20-saylı ünvanda yaşayan Qaşıyev Muxtar Əlşoqi oğlu tərəfindən müraciət daxil olub. Vətəndaş bildirir ki, qardaşı 1979- cu il təvəllüdlü Qaşıyev Bahadur Əlşoqi oğlu anadanğəlmə epilepsiya xəstəsidir, və tez-tez epileptik tutmaları olur. 3- cü qrup əlil kimi pensiya alırdı 4- aydır ki, pensiyasını dayandırıblar. Heç bir yerdən əlavə qazancımız yoxdur. İmişli MRX-dan verilən dərmanları da dayandırıblar, bildirirlər ki, əlilliyi dayandığı üçün biz ona dərmanları verə bilmərik. Sənədlərini isə hazırlamaqdan həkimlər imtina edir, bildirirlər ki, Bakı xəstəxanalarının birindən xəstəliyini təstiq edən epikriz almalısız. Mən heç qardaşımın dərmanını almağa pul tapmıram, bu vəziyyətdə qardaşımı Bakıya necə aparım və pulu kimdən alım? Odur ki, xahiş edirəm mənim bu harayımı saytınız vasitəsilə aidiyyatı qurumlara çatdlrasınız bəlkə ƏƏSMN-i Sahil Babayevin yatmış vicdanı oyana. //oxuinfo.az//




Paylaş:


Müəllif : Tarix:
27-11-2021, 10:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər