reklam
Regionxeberlericom.az » Sosial » Yardımlı sakinləri dərdlərini KİMƏ VƏ HARA DESİNLƏR... - NARAZILIQ!

reklam

Yardımlı sakinləri dərdlərini KİMƏ VƏ HARA DESİNLƏR... - NARAZILIQ!













"Bir zamanlar Yardımlının problemlərinə susmayan deputatımız vardı, allah Sabir Rüstəmxanlının canına sağlıq versin. İndi isə onun dilə gətirdiyi həqiqətlərdən rayonumuzun hazırki deputatı Musa Qasımlı narahatlıq keçirir. Demə, Musa müəllim biz seçicilərini yox, Yardımlının icra başçısı Ayaz Əsgərovu və başının dəstəsini daha üstün tutur. Beləmi olmalıdır, deyin?! Millət vəkili parlamentdə oturub bizi müdafiə etmək əvəzinə, haqqın deyil, “Yardımlını məhv edən rüşvətxor məmurları”n əməllərinin yanındadır..."

Bu fikirlərlə saytımıza açıq müraciət yazan Yardımlı sakinlərinin bildirdiyinə görə, Musa Qasımlı dəfələrlə Milli Məclisin tribunasından rayonu məhv edən icra başçısını və müavinlərini tərif edib. Yardımlı sakinləri hesab edir ki, deputatları ya rayonda baş alıb gedən özbaşınalıqların həcmini bilmir, ya da icra strukturu ilə birgə xoşagəlməz olaylara şərikdir.

Seçiciləri deputatı Yardımlının problemlərinə biganə qalmaqda, problemlərin həllinə göz yummaqda suçlayırlar:

“Yardımlı rayonun girişindən İran sərhədinə qədər bütün yolların bərbad vəziyyətdə olması niyə sizi maraqlandırmır? Niyə bu gün sosial şəbəklərdə fəryad edən seçicilərinizin problemlərini həll etmək üçün heç bir cəhd etmirsiniz? Amma başçı haqqında mətbuatda gedən haqlı yazılara dözə bilmir və ona qahmaq çıxırsınız? Seçicilərin problemləri ilə bağlı isə susursunuz. Bu mövqeyinizi necə başa düşək? Kəndlərin və dağıdılmış şəhərimizin problemləri və ordakı sakinlərin üzləşdiyi haqsızlıqlar sizi heçmi narahat etmir?.."-deyə sakinlər narazılıqlarında bildirir.

Şikayətçi seçicilərin deputata xitabən yazdıqlarından məlum olur ki, Ayaz Əsgərov və müavini Azər Xamıyev 30 icra nümayəndəsini hər il məcbur ediblər ki, vətəndaşlara öz vəsaitləri hesabına yardım etsinlər. Eləcə də 30 kəndin icra nümayəndəsi məcbur edilir ki, öz hesablarına tütün əksinlər, xalqa iş versinlər. Tələbi yerinə yetirməyən icra nümayəndəsi işdən qovulmaqla hədələnir.

Musa Qasımlını icra başçısının müdafiəçisi olmaqda suçlayan seçiciləri rayonun ağır şərtlər altında inildədiyini qeyd edirlər. Yardımlıda bağlı qalan uşaq baxçaları və məktəblərlə maraqlanmalı olduğunu tələb ediblər. Yardımlıda yolsuzluğun, "təhsilsizliyin", "mədəniyyətsizliyin", diqqətsizliyin olmasını müraciətlərində təkrar ediblər. Rayon məmurlarının hansı yolla milyonçu olmalarının dərindən araşdırılmasını xahiş ediblər.

Sakinlərin müraciətində xüsusilə bildirilib ki, rayonda əhali arasında qocalma prosesi aparılır. İşsizlik gənclərin kütləvi şəkildə rayonu tərk etməsilə nəticələnib. Eləcə də yaşı 65-dən yuxarı olan şəxslərin, eləcə də məmurların qalıb işləmələri gəncləşmə siyasətinin də qarşısını alır.

Yardımlı İcra Hakimiyyətində də qocalma prosesinə marağın olduğu bildirilir. Vətəndaşların redaksiyamıza göndərdikləri siyahıda da deyilənlər aydınlaşır.

Beləliklə, Yardımlı İHB-də Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə iş şöbəsinin müdiri İmanov Zakir Qaraxan oqlunun da,

İctimai-siyasi və Humanitar Məsələləri şöbəsinin müdirinin muavini Əsgərov Mirqiyas İmran oğlunun da,

Hamarkənd Ərazi Nümayəndəsi Qasımov Vahid Cəfər oğlunun 70 yaşı var. Sonuncu məmur da məhz Musa Qasımlının özünün yaxın qohumudur.

Yardımlıdan deputata yazılan məktubun qalan hissəsində də sosial-iqtisadi problemlər qabardılır, deputatın rayon sakinləri ilə dərindən maraqlanmasının vacibliyi vurğulanır.

Xatırladaq ki, Yardımlıda problemlər ərşə dirənib, bütün infrastruktur layihələri, abadlıq-quruculuq işləri Ayaz Əsgərovun idarəetməsi sayəsində fiaskoya uğrayıb. Rayonun professor deputatı isə susqundur...

Musa Qasımlının seçici çağırışına və Yardımlıdakı gərginliyə münasibətini dərc etməyə çalışacağıq!

Demokratik.Az




Paylaş:


Müəllif : Tarix:
29-11-2021, 09:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər