Erməni kartoqraflar: “İrəvan Bakıya Sisyan yolunu verəcək” - İLGİNC İDDİA
Ermənistanda Soçi görüşündən sonra belə bir əminlik yaranıb ki, tezliklə İrəvan Bakıya Naxçıvana getmək üçün yol verəcək. JAMAZ.İNFO Ermənistanda nəşr olunan “Fakt” qəzetinə istinadən xəbər verir ki, İrəvan mediası və kartoqrafları yeni yolun haradan keçəcəyi ilə bağlı konkret ünvanlar göstəriblər.
Belə ki, erməni kartoqraflar bildirirlər ki, Zəngəzur dəhlizi olmayacaq. Lakin onun əvəzində eyni statusda yolun çəkiləcəyi isə dəqiqdir. “Zəngilandan Naxçıvana yolun çəkilməsi üçün iki marşrut üzərində müzakirələr gedir. Onlardan biri Mehri üzərindən keçən, lakin dağlıq ərazi olan yoldur ki, Azərbaycanın bununla razılaşacağı inandırıcı görünmür. Çünki həmin yolun çəkilməsi həm böyük xərc tələb edir, həm də xeyli vaxt lazımdır”.
İkinci marşrut kimi isə Sisyandan keçən yol göstərilir. Erməni mütəxəssislər hesab edirlər ki, Sisyandan keçən yol daha əlverişlidir. “Ona görə də, Ermənistan tərəfi Azərbaycana Sisyan düzünü təklif edəcək”.
Qeyd edək ki, dünən Aşqabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin toplantısında Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Zəngəzur Dəhlizinin açılması artıq reallığa çevrilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-11-2021, 13:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər