“Azərbaycan əsgərləri gələndə mən qaçdım, 11 əsgərim əsir düşdü” - Erməni zabitdən ETİRAFLAR
Ermənistanda yaradılmış İstintaq Komissiyası həm 44 günlük müharibə, həm də 16 noyabr sərhəd təxribatları zamanı baş vermiş hadisələri araşdırmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, artıq ilkin dindirilmələrdən sonra həbs olunanlar var.
“Fakt” nəşri yazır ki, bir neçə gün əvvəl İstintaq Komissiyasında dindirilən tabor komandiri G.G adlı kapitan ifadəsində bildirib ki, 16 noyabrda mövqeyində qarovulda olub. Onunla bərabər daha 11 erməni əsgəri də xidmət edirmiş. “Həmin gün Azərbaycan Ordusunun bizim posta hücum etdiyini müşahidə etdik. Korpus komandirinin verdiyi əmrə əsasən müqavimət göstərməli, onların geri çəkilməsini təmnin etməliydik. Lakin Azərbaycan əsgərlərinin sayı çox olduğundan müqavimət göstərə bilmədik. Nəticədə, 11 əsgərim əsir düşdü”.
İstintaq araşdırıb ki, kapitan G.G hadisə vaxtı postunu qoyub, qaçıb. Elə bu səbəbdən də əsgərləri ilə birlikdə heç bir müqavimət göstərməyib. Onun əməlində cinayət tərkibi olduğundan barəsində ilkin olaraq, 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.
Erməni mediası məlumat verir ki, 16 noyabr hadisələrinə görə, daha bir nəfər saxlanılıb. Belə ki, həmin şəxsin adı açıqlanmır. Onun da döyüş mövqeyini qoyaraq, qaçdığı məlum olub. Bundan başqa, daha bir korpus komandiri İstintaq Komissiyasında ifadə verməsi üçün dəvət olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-11-2021, 09:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər