ABŞ dövlət katibi “status məsələsini” gündəmə gətirir - Vaşinqtonun şübhəli Qarabağ mövqeyi
Bu gün - dekabrın 1-də ATƏT Nazirlər Şurasının Stokholmda keçiriləcək toplantısında Qarabağ mövzusu müzakirə masasında olacaq. “Yeni Müsavat”ın məlumatına görə, ABŞ-ın dövlət katibi Entoni Blinken İsveçin başkəndində bu məsələni yada salmağı planlaşdırır. Dövlət Departamentinin yüksək rütbəli rəsmisi də jurnalistlərə təsdiqləyib ki, Qarabağ münaqişəsi ABŞ-ın dövlət katibi Entoni Blinkenin iclasında müzakirə açacağı mövzulardan biri olacaq.
“Dövlət katibi Rusiyanın Ukraynanın şərqində davam edən təcavüzü, Ukrayna və Gürcüstanın suveren ərazilərinin işğalı, Qarabağ münaqişəsi, o cümlədən Belarusdakı hadisələrlə bağlı xüsusi narahatlığını ifadə edəcək”, - deyə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bildirib (“Turan”). Ümumiyyətlə, Bayden administrasiyası formalaşarkən ABŞ Senatındakı dinləmələr zamanı Blinken dövlət katibi olacağı təqdirdə Qarabağ münaqişəsinin son həllində ATƏT-in Minsk Qrupunun işinin davam etdirilməsinə dəstək verəcəyini açıqlamışdı.
Müharibədən sonra da Blinken əhdinə sadiq qaldı və “Dağlıq Qarabağdakı müharibədən sonra yaranmış status-kvo sabitliyə təminat vermir və Minsk Qrupunun fəaliyyəti bərpa edilməlidir”, - deyə bəyan etmişdi. Onu da unutmaq olmaz ki, Dövlət Departamentini təmsil edən ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi də bir neçə dəfə iddia edib ki, “Qarabağ münaqişəsi həll olunmayıb, çünki ”status" məsələsi həllini tapmalıdır".
Səfirin sözlərinə görə, ABŞ Minsk Qrupunun həmsədri olaraq bu istiqamətdə çalışacaq. Ermənistanda gözləntilər var ki, rəsmi Vaşinqton Qarabağın statusu məsələsini qaldıracaq, ATƏT-in Minsk Qrupunu nizamlanmaya cəlb edəcək.
Aydındır ki, Vaşinqton Rusiya sülhməramlı qüvvələrinin Qarabağda olmasından narazıdır. Ancaq ABŞ rəsmilərinin “status” məsələsi və Minsk Qrupunun fəaliyyəti ilə bağlı mesajları Cənubi Qafqazda uzunmüddətli sülh imkanlarını hədəf alır, ən əsası Ermənistanın danışıqlar masasında barışmaz mövqe tutmasına rəvac verir. Rəsmi İrəvanın dirənişləri də məhz Qərbin mövqeyindən yaranmış stimuldan qaynaqlanır.
Təhlilçilərin fikrincə, Blinkenin ATƏT-in toplantısında “status məsələsini” gündəmə gətirəcəyi gözləniləndir və Ermənistan da gözünü Stokholma dikib. Lakin bu qəbildən mövqe sərgilənməsi Vaşinqton - Bakı münasibətlərini zədələyən əsas amil ola bilər. Çünki rəsmi Bakı birmənalı şəkildə status mövzusunu qapadıb. Ümumiyyətlə, Vaşinqtonun Qarabağ məsələsində hələ də aydın olmayan, daha doğrusu, daha çox Bakıya qarşı mövqeyi nə qədər davam edəcək?
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsvat”a qeyd etdi ki, Azərbaycanın Qarabağa status verməyəcəyi və bu məsələnin birdəfəlik bağlandığı Amerika rəsmilərinin nəzərinə çatdırılıb. Onun sözlərinə görə, həmçinin Qarabağ münaqişənin keçmişdə qaldığı da bildirilib: “Eyni zamanda bu mövzuda fəaliyyət göstərən həmsədr ölkələr də məlumatlıdırlar. Ona görə hər hansı dövlət ”status" mövzusunu qaldıracaqsa, Azərbaycana qarşı hörmətsizlik kimi dəyərləndiriləcək, daxili işlərimizə müdaxilə kimi qiymətləndirəcəyik". R.Nurullayev xatırlatdı ki, əlimizdə tutarlı sübutlar var: Minsk Qrupu 30 ildə iş görməyib, BMT-nin 4 qətnaməsi icra olunmayıb: “Ona görə nə demələrindən asılı olmayaraq, hansı məsələlərin müzakirə edilməsini Azərbaycan müəyyənləşdirə bilər. Kimsə yerimizə danışa bilməz. Bundan əlavə, Soçi görüşündə Ermənistanla Azərbaycan arasında razılaşma əldə olunub. Bu görüşdən kənar məsələlərin masaya yatırılması danışıqları pozmaq cəhdidir”.
Aydınlar Partiyasının sədri c bildirdi ki, Soçi görüşünün nəticələri Minsk Qrupu üçün bir cavab oldu: “Bu nəticə deməyə əsas verir ki, Minsk Qrupu ilə bağlı tədbirlər azalacaq. Soçidə Minsk Qrupu gündəmə gəlmədi və Rusiyanın moderatorluğu hər iki tərəfi qane edir. Hətta Minsk Qrupunun bərpası məsələsi qaldırılsa, tərəflərdən birinin etirazı kifayət edir ki, fəaliyyət göstərə bilməsin. Fikrimcə, ATƏT yalnız kommunikasiyaların bərpasında rol oynaya bilər”.
Partiya sədrinin sözlərinə görə, Qarabağın “statusu” məsələsi artıq arxivdir və Soçi görüşündə də bu haqda danışılmadısa, deməli, Ermənistanın ümidləri üfüqdə belə görünmür. Onun fikrincə, Blinken tərəfindən hansısa mesajlar verilməsi mümkündür, amma Minsk Qrupunun qayıdış mexanizmi çətinləşib.
Azərbaycan Liberal - Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev hesab edir ki, Qərb və Amerika Qarabağ mövzusuna “status”dan başqa heç bir ciddi təkliflə yaxınlaşa bilmir: “Biz bir ildən çoxdur ki, Qərb cəbhəsindən ”status"dan əlavə heç bir təşəbbüs görmürük. Yalnız bir dəfə mina xəritələrinin verilməsi və əsirlərin qaytarılmasında Gürcüstan vasitəsilə iş görüblər, ondan sonra hər hansı humanitar təşəbbüs, azad edilən ərazilərin qurulmasında dəstək olmayıb. Eyni zamanda sülh müqaviləsi, sərhədlərin dəqiqləşdirilməsi üçün də Amerikanın rolunu müşahidə etməmişik. Qərb və Vaşinqton “status” sözündən yapışıb əl çəkmir, sanki başqa mövzu yoxdur. İkincisi, 52 min erməniyə nə status ola bilər? Soçi görüşündə Rusiya prezidenti bildirdi ki, müharibədən sonra 52 min insan öz daimi yaşadığı yerə qayıdıb. Hər halda, erməniləri nəzərdə tuturdu. O zaman Mehdiabad qəsəbəsinin əhalisindən də sayca az olan Qarabağın yuxarısında yaşayan ermənilərə hansı xüsusi status verilə bilər?"
F.Əliyev güman edir ki, Stokholm iclasında Blinken ümumi sözlərdən ifadə edə bilər: “Amma nəticə dəyişmir, bütün məsələlər üçtərəfli görüş formatında inkişaf etdirilir. Hətta Brüsseldə də ”status" məsələsinin qaldırılacağı istisna deyil. Lakin bu nəyi dəyişəcək? Nəticə etibarı ilə tərəflər üçtərəfli bəyanata istinad edərək danışıqlar aparır. Orada isə “status” haqda bir sətir də keçmir, deməli, elə Rusiya üçün də bu məsələ gorbagor olmuş kimidir".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:1-12-2021, 09:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər