reklam
Regionxeberlericom.az » Sosial » ŞƏRƏFSİZLİK: Molla rejimi içinin XILTINI YENƏ TÖKDÜ... - Faciəmizə gülürlər...

reklam

ŞƏRƏFSİZLİK: Molla rejimi içinin XILTINI YENƏ TÖKDÜ... - Faciəmizə gülürlər...














“Gördülər ki, Azərbaycan artıq onların təsəvvüründə qalmış zəif ölkə deyil, özünü istənilən düşməndən qoruya bilər”.

Bu fikirləri Azərbaycan və İran prezidentlərinin ötən həftə Aşqabadda baş tutan görüşlərinin iki ölkə arasında münasibətlərin gələcəyinə mümkün təsirini şərh edən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İran rejiminin Azərbaycana müsbət münasibətdə olacağı gözlənilmir:

“Açıq demək lazımdır ki, İran rejiminin Azərbaycana münasibətində hər hansı müsbət dəyişiklik olacağını gözləmək doğru olmazdı. Çünki mahiyyəti hamıya bəlli olan molla rejimi bu siyasətindən əl çəkən deyil. Aşqabadda keçirilmiş görüşdən müəyyən müsbət notlar verilsə də, İranın bu tövrünü davam etdirəcəyini düşünmürük.

Burada məsələ sadəcə, rejimin özündən getmir. İranın telekanalları, saytları, başqa quruluşları Azərbaycana düşmən mövqeyini bir an da gizlətmirlər. Təsəvvür edin ki, İran telekanalları Azərbaycandakı helikopter qəzasını toy-bayram edir. Belə bir münasibətin olduğu yerdə hansı müsbət dəyişiklikdən danışmaq olar?

Digər tərəfdən, bildiyiniz kimi, son günlərdə İsfahanda etiraz aksiyaları keçirildi. Dövlət qurumları o aksiyada iştirak edənlərə pulsuz yemək paylayırdı. Amma Urmu gölünün qurumasına qarşı tədbir görülməsi tələbi ilə aksiya keçirən azərbaycanlılara divan tutulur.

Həm də ki İranın məlum siyasəti tək Azərbayan əleyhinə yönəlməyib. Az qala bütün qonşu ölkələrə qarşı düşmənçilik siyasəti aparılır. İndi də Əfqanıstanla sərhəddə “Taliban” qüvvələri ilə toqquşurlar, itkiləri var. Yəni hərəyə bir daş atmaqla öz düşmənliklərini göstərirlər.

İran xalqı çox pis vəziyyətdə yaşasa da, molla rejimi gəlirlərin böyük hissəsini terroru dəstəkləməyə sərf edir. Ancaq Azərbaycanla yaşanan son gərginlik İrana böyük dərs oldu. Rejim gördü ki, Azərbaycan artıq onların təsəvvüründə qalmış zəif ölkə deyil, özünü istənilən düşməndən qoruya bilər. Yenə deyirəm, İran rejiminin Azərbaycana müsbət münasibətdə olacağı gözlənilmir”.




Paylaş:


Müəllif : Tarix:
3-12-2021, 10:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər