reklam
Regionxeberlericom.az » Sosial » “Yelo bank” müştərinin cibinə belə girir - GİLEY

reklam

“Yelo bank” müştərinin cibinə belə girir - GİLEY
















“Yelo Bank sizin məqsədiniz nədir? İnsanların cibinə girmək bu qədər asandı? Nə vaxta qədər həllini tapmayacaq bu məsələ?”

Bu sözləri “Yelo bank” müştərisi Sabir Əhmədov yazıb.

Onun sözlərinə görə, noyabrın 25-də kartları arasında köçürmə edib: “Bir kartımın balansından pulu çıxıb digər kartın balansına pul köçməyib, 4 gün icrada saxlayıblar ödənişi. Sonra uğursuz əməliyyat kimi yekunlaşdırıb, hələ cashback da qaytarırlar, amma 50 manatı geri qatarmırlar, deyirlər sizin balansda həmin zaman pul olmayıb.

O zaman sual verdim ki əgər pul çıxılmayıbsa niyə cashback qaytarırsız? Pulunuz çoxdu boş boşuna pul verirsiz? Sonra həmin cashbacki də silib bütün şübhələri üzərindən atır bu bank. Amma yenə də 50 manatı qaytarmır”.

Müştəri deyir kji, filialdan hesabdan çıxarış alıb: “İşçiləri ilə oturub hesablayırıq, görürük ki həqiqətən ortada 50 manat yoxdur, filial əməkdaşları da qəbul edir bunu. Amma gəl ki baş ofis deyir, yox, sizin balansda pul olmayıb. Çox gülünc vəziyyətdir bir bank olaraq etdiyiniz bu” .




Paylaş:


Müəllif : Tarix:
4-12-2021, 15:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər