reklam
Regionxeberlericom.az » Sosial » BU NƏDİ BELƏ: Erməni öldürən əsgər həbs olunub? - Rəsmi qurumların "REAKSİYASI"

reklam

BU NƏDİ BELƏ: Erməni öldürən əsgər həbs olunub? - Rəsmi qurumların "REAKSİYASI"














Dekabr ayının 3-də Xocavənd rayonunun Qurusu məntəqəsində hərbi postumuza hücum edərək əsgərimizin silahını əlindən almağa çalışan erməni Seyran Sarkisyanı vuraraq, zərərsizləşdirən əsgər Rəhimzadə Davud Qabil oğlu barəsində Füzuli Hərbi Prokurorluğunda cinayət işi açıldığı iddia olunur.

Məsələni araşdırmaq üçün Müdafi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazovla əlaqə saxladıq. Nazirlik rəsmisi Yenicag.az-a açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı hüquq mühafizə orqanları məlumat verməlidir.

Cinayət işinin açılıb-açılmamasını və əsgərin həbs edilib-edilməməsini öyrənmək üçün Hərbi Prokurorluğa dəfələrlə zəng etməyimizə baxmayaraq, heç bir nəticə əldə olunmadı.

Məsələ odadır ki, hadisə ilə bağlı artıq sosial şəbəkələrdə müxtəlif versiyalar irəli sürülüb. Hər zaman olduğu kimi rəsmi qurumlar yenə susur.





Paylaş:


Müəllif : Tarix:
6-12-2021, 13:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər