Hökumətin bahalaşmaya qarşı planı: idxal əvəzinə, yerli istehsal...
Ekspert: “Bahalaşma şəraitində əmək haqqı artımı əhalini mənfi təsirdən qorumur”
Ötən həftə Milli Məclisdə büdcə müzakirələri zamanı baş nazir Əli Əsədov ölkədəki bahalaşmadan da danışıb. Baş nazir deyib ki, sosial şəbəkələrdə qiymət artımı ilə bağlı əsaslı narazılıqlara rast gəlinir. “BMT-nin və digər beynəlxalq təşkilatların hesablamalarına görə, qiymətlərdə bahalaşma son 30 ilin ən yüksək səviyyəsinə çatıb. Ərzaq təhlükəsizliyinə xüsusi diqqət veriləcək. Qiymət artımı ilə əlaqədar hökumət mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək”. Baş nazir deyib ki, süni qiymət artımının qarşısının alınması ilə bərabər, idxalın əvəzinə istehsalın artırılması nəzərdə tutulur.
Qeyd edək ki, ərzaq təhlükəsizliyi bütün dünya ölkələrinin milli-iqtisadi təhlükəsizlik sisteminin ən mühüm tərkib hissəsi kimi dəyərləndirilir. Hər hansı bir ölkənin ərzaq təhlükəsizliyi bir sıra şərtlər daxilində təmin edilmiş hesab olunur. Həmin şərtlər bunlardır: kütləvi istehlak üzrə qida məhsullarının 85 faizdən çoxunun yerli aqrar sektor tərəfindən istehsal edilməsi; istehlak olunan qida məhsullarının ekoloji cəhətdən təmiz olması; qida məhsullarının qiymətinin əhalinin əsas kütləsi üçün əlyetərli olması; qida məhsulunun kalorililiyi və qidalılıq dəyərinin insan orqanizminin tələbatının orta sutka qida rasionuna adekvatlığının təmin edilməsi; fövqəladə hallar baş verən zaman əhalinin davamlı şəkildə qida məhsullarına olan tələbatının ödənilməsi üçün strateji ərzaq ehtiyatının mövcudluğu.
Dövlət Statistika Komitəsinin qeydə aldığı rəsmi statistikadan aydın olur ki, Azərbaycanın ən strateji ərzaq məhsulu olan buğda üzrə özünütəminat səviyyəsi son illərdə kəskin azalmaqla 2020-ci ildə 57,1 faiz, arpa üzrə 94,6 faiz, bütün növ ət və ət məhsulları üzrə 84,5 faiz, bitki yağları üzrə 34,8 faiz, kərə yağı ilə 62,7 faiz, şəkər üzrə 69,4 faiz, çay üzrə 45,5 faiz və sair təşkil edir. Unla özünütəminat səviyyəmizi rəsmi statistika 95,4 faiz qeyd edir, halbuki un istehsalında istifadə olunan buğdanın demək olar ki, hamısını xaricdən alırıq. Çünki yerli istehsalın keyfiyyəti ərzaq buğdası üçün lazım olan parametrlərə uyğun gəlmir. Bu səbəbdən də il ərzində orta hesabla xarici ölkələrdən, əsasən isə Rusiyadan buğda idxalımız 1,2-1,3 milyon tona çatır.
Yerli istehsalın həcminin nə qədər kiçik olduğu xaricə ixracımızda da açıq hiss olunur. Belə ki, 2021-ci ilin ilk 11 ayı ərzində Azərbaycanın ixracı 19,8 milyard dollar təşkil edib. Bunun cəmi 2,4 milyard dolları qeyri-neft məhsullarının payına düşüb. Bu zaman qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 720,8 milyon dollar və ya 44 faiz artıb. On bir ayda qeyri-neft ixracımızın 549,8 milyon dolları (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 258,8 milyon dollar çox) meyvə-tərəvəzin payına düşüb. Müvafiq dövr ərzində pambıq iplik ixracında 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar ixracında 2,3 dəfə, kimya sənayesi məhsullarında 2,7 dəfə, pambıq lifində 70,2 faiz, şəkərdə 29,8 faiz, alüminium və ondan hazırlanan məmulatlarda isə 69,3 faiz, artım qeydə alınıb.
Ərzaq məhsullarının qiymətinin əhalinin çoxsaylı təbəqələri üçün əlçatanlığına gəlincə, ölkənin ərzaq bazarında bahalaşma böyük sürətlə getməkdədir. İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı böyük neft gəlirlərinin daxil olduğu ilk illərdən sonra (2005-2008-ci illər) qiymətlərin ən yüksək həddə çatdığı mərhələyə qədəm qoyub: “Xüsusilə də qida inflyasiyasının yüksək səviyyəsi ölkədə yoxsulluğun miqyasının artması, sosial vəziyyətin sürətlə pisləşməsi üçün əsas riskə çevrilib. Nəzərə almaq lazımdır ki, Azərbaycanda məşğul əhalinin təxminən 65 faizi qeyri-rəsmi çalışır. Belə vəziyyətdə minimum əmək haqqı və büdcə işçilərinin maaşları vasitəsilə indeksləşdirmə mexanizmi qeyri-rəsmi sektorda gəlirlər üçün işlək mexanizm rolunu oynamır. Sadə deyim: əgər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hər 100 işçidən 95 nəfəri rəsmi maaşa imza atmış olsa idi, onların gəlirlərinin minimum əmək haqqının indeksləşdirilməsi vasitəsilə inflyasiyadan qorunması real olardı.
İşsizliyin yüksək, əmək bazarında işçinin deyil də işəgötürənin birtərəfli qaydada diktə edən tərəf olduğu şəraitdə nəinki qeyri-rəsmi işçilərin, bütövlükdə son dərəcə məhdud məşğulluq potensialına malik özəl sektorun hətta rəsmi işçilərinin inflyasiya tempinə uyğun indeksasiya tələb etmək şansları çox məhduddur".
Ekspert bildirir ki, qida inflyasiyası hazırda qlobal miqyasda problemə çevrilib: “Dünya Ərzaq Təşkilatının məlumatına görə, bu ilin noyabrında qlobal ərzaq qiymət indeksinin səviyyəsi ötən ilin noyabrına nisbətən 27 faiz yüksəkdir. Azərbaycan kimi iqtisadiyyatın yüksək səviyyədə monopollaşdığı, rəqabətin olmadığı ölkələrdə əlavə daxili faktorlar qiymətləri daha da yüksəldir. Azərbaycan ”Statkom"u bu ilin oktyabr ayı üzrə istehlak bazarında qida qiymətlərinin 2020-nin eyni ayına nisbətən təxminən 14 faiz çox olduğu barədə məlumat yayıb. Eyni zamanda həmin dövr üzrə yerli ərzaq emalçıları üzrə istehsalçı qiymət indeksinin 16 faiz yüksək olduğu qeyd olunur.
Gömrük statistikasında idxal mallarının qiymət indeksinin səviyyəsinin daha yüksək olduğu görünür. Məsələn, 2020-ci ilin sentyabrına nisbətən bu ilin sentyabrında idxal qiymət indeksinin hazır qida məhsulları üzrə 25 faiz, heyvan mənşəli yağlar üzrə təxminən 50 faiz yüksək olduğu bildirilir. Rəsmi statistika bu il ərzində əhalinin rəsmi gəlirlərində, o cümlədən maaşlarında 2-3 faizlik artım olduğunu qeyd edir. Bu o deməkdir ki, hətta rəsmi statistika ölkədə ev təsərrüfatlarının real gəlirlərində ciddi azalmanın olduğunu göstərir. Təəssüf ki, Azərbaycanda bütün regionlar üzrə yoxsulluğu etibarlı və operativ ölçən statistika olmadığından real gəlirlərin belə kəskin azalmasının ölkədə yoxsulluğa təsiri barədə cəmiyyət obyektiv informasiyaya malik olmur. Belə bir reallıqda hökumətin tarifləri tənzimlənən xidmətləri kəskin şəkildə bahalaşdırması ölkədə inflyasiyanı daha da sürətləndirir".
2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana yeyinti məhsullarının idxalında dəyər ifadəsində ciddi artım qeydə alınıb. Keçən ilin 10 ayında ölkəyə 1 milyard 332 milyon dollarlıq yeyinti məhsulu gətirilmişdisə, bu ilin eyni dövründə bu, 1 milyard 516 milyon dollara çatıb. Həcm ifadəsində isə əsas yeyinti məhsullarının demək olar ki, hamısı üzrə idxalda azalma var. Məsələn, keçən ilin 10 ayında ölkəyə 243,4 milyon dollara 1,1 milyon ton buğda gətirilibsə, bu ilin 10 ayında 890 min ton buğdanı 246,2 milyon dollara almışıq. Keçən il 13,7 min ton kərə yağı və süddən hazırlanmış digər yağlara 67,5 milyon dollar vermişdiksə, bu il 12,5 min tona 64,5 milyon dollar ödəmişik. Digər məhsullarda da bahalaşmaya görə idxal həcmi azalsa da, dəyərdə ciddi artım var. Məsələn, 2020-ci ilin yanvar-oktyabrında 18,7 ton əczaçılıq məhsuluna 304,6 milyon dollar vermişdiksə, bu ilin eyni dövründə 16,9 tona 433,7 milyon dollar ödəməli olmuşuq.
Onu da qeyd edək ki, uzun illərdir Azərbaycanda yerli istehsalın stimullaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirilir. Xüsusilə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə aqrar istehsalçılara dövlətin müxtəlif dəstək mexanizmləri tətbiq olunur. Bu mexanizmlər arasında məhsul istehsalına, əkin sahəsinə, heyvana görə subsidiyalaşma, texnika, avadanlıq, gübrə və pestisidlərin, cins damazlıq heyvanların alışının dəstəklənməsi, kənd təsərrüfatı məhsullarının sığortalanması (sığorta haqqının yarısı dövlət tərəfindən qarşılanır), kənd təsərrüfatı istehsalçılarına güzəştli kreditlərin verilməsi mühüm yer tutur. Məsələn, 2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı üçün dövlət büdcəsindən 997,3 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu, gələnilki büdcə xərclərinin 3,3 faizi deməkdir, bu ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə isə 5,8 faiz çoxdur. Vəsaitin 456 milyon manatı bilavasitə ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldiləcək. Bu isə illik müqayisədə 11 faiz çoxdur.
Bundan əlavə, Prezident İlham Əliyevin 1 sentyabr 2021-ci il tarixli fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”nda dəyişiklik edilib. Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək. Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən siyahıya əsasən aqrar sığorta tələbi 7 bitkiyə şamil edilib, bunlar: buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalıdır. Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, yenilik ölkənin ərzaq təhükəsizliyinin təmin edilməsi, təsərrüfatların təbiət hadisələri və digər risklərdən sığortalanması, fermerlərin məhsullarının və gəlirlərinin qorunması məqsədi daşıyır.
Dövlətin müxtəlif qurumlar vasitəsilə sahibkarlığa yönəlik vəsaitlərinin mühüm hissəsi də aqrar sahədə iş quran biznesə çatır. Sahibkarlığın İnkişafı Fondunun məlumatına əsasən, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda sahibkarlıq subyektlərinə 101,6 milyon manat dəyərində güzəştli kredit verilib. Kreditin məbləğinə görə verilən kreditlərin 47 faizi kənd təsərrüfatı məhsullarının istehsalının payına düşür.Keçən il fondun verdiyi 130 milyon manat kreditin 44,5 faizi aqrar istehsalçılara çatıb. Bundan əlavə, 2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar istehsalçılara 47 milyon 653 min manat güzəştli kredit təqdim olunub.
Bütün görülən tədbirlərə rəğmən bu gün Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunduğunu söyləmək qeyri-mümkündür. Bu isə hökumətin bu istiqamətdə daha effektli tədbirlər həyata keçirməsinin gərəkdiyini göstərir. Belə tədbirlərdən ən mühümləri isə azad rəqabət mühitinin, ədalətli məhkəmə sisteminin təmin olunmasıdır. Bunlar edilməsə, dövlət nə qədər çox vəsait ayırsa belə, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək mümkün olmayacaq.
Dünya SAKİT,
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Fuad
Tarix:8-12-2021, 11:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər