reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycanda baş həkim 8 nəfərə saxta əlillik verib - İTTİHAM

reklam

Azərbaycanda baş həkim 8 nəfərə saxta əlillik verib - İTTİHAM

















Şəmkir rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı başa çatıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, aparılmış istintaqla müəyyən edilib ki, Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmiş Ayaz İbrahimovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə həkim məsləhət komissiyasının bütün səlahiyyətlərinin həmin xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində işləmiş Fəxrəddin Quliyevə həvalə edib. O da həkim məsləhət komissiyasının üzvü kimi 8 nəfər şəxsə əlillik dərəcəsi təyin edilməsi üçün xəstəxananın həkim terapevti Əminə Zamanova, Qaranüy kənd tibb məntəqəsinin müdiri vəzifəsində işləyən Dünya Qarayeva, Şəmkir rayon sakinləri Kifayət Abdıyeva və Həbayət Həsənovanın köməkçiliyi ilə ümumilikdə 20 min 800 manat pul vəsaitini rüşvət qismində alıb. Daha sonra həmin şəxslərin adına olan göndərişlərə saxta diaqnozlar qeyd edərək müvafiq elektron sistemə daxil edilməsi nəticəsində onlara qanunsuz olaraq əlillik dərəcəsi təyin edilməklə ümumilikdə 40 min manat məbləğində pensiya ödənilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fəxrəddin Quliyev və digər şəxslərə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma - təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilərək, Fəxrəddin Quliyev barəsində həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.




Paylaş:


Müəllif : Tarix:
8-12-2021, 15:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər