Şagirdlərin iştirakı ilə çəkilən dini klip hansı məktəbdə baş tutub? – Təhsil Nazirliyindən AÇIQLAMA
Mərsiyəxan Seyyid Peyman Boradigahinin İbtidai sinif şagirdlərinin iştirakı ilə çəkdirdiyi klipi hələ də tənqid olunur.
Qeyd edək ki, məktəb sinifində çəkildiyi iddia olunan “12 İmam” adlı klipdə ibtidai sinif şagirdləri üzərində İmamların adları yazılmış kağızları əllərində tutub onların adlarını sadalayırlar. Azyaşlıların dini təbliğat üçün istifadə edilməsi qınanılıb.
Müğənni klipin sinif otağında deyil, ayrı məkanda çəkildiyini iddia edir.
Rəsmi qurumlar isə məsələni nəzarətə götürdüklərini və araşdırma apardıqlarını bəyan ediblər. Sözügedən klipin hansı məkanda ərsəyə gəldiyini yerində öyrənmək üçün Peyman Boradigahi ilə iki gündür ki, əlaqə yaradırıq. Müğənnidən bizi klipin çəkildiyi yerə aparmasını xahiş etsək də, o, əvvəlcə sükan arxasında olduğu üçün danışa bilmədyini deyib, daha sonra isə zənglərimizə cavab verməyib.
Məsələ ilə bağlı növbəti dəfə Təhsil Nazirliyinə müraciət etdik. Qurumun mətbuat katibi Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında hələki araşdırmaların getdiyini və məlumat olan kimi ictimaiyyətə açıqlayacaqlarını bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ünvanladığımız rəsmi sorğuya isə hələki cavab gəlməyib.
Xatırladaq ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanununun 6-cı maddəsi dini təhsilə həsr olunub. Həmin qanunun ilk üç bəndində isə, aşağı sinif şagirdlər arasında bu cür təbliğatın aparılmasının qanunazidd olduğu aydın şəkildə göstərilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-12-2021, 13:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər