Ağstafadan ƏƏSMN-ə ŞİKAYƏT VAR... - TƏFƏRRÜAT
Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevin əlilliyin təyin edilməsi ilə bağlı siyasəti çox dərin mətləblərdən xəbər verir və bununla bağlı yazmaq, elə siyasətlə məşğul olmaq qədər məna daşıyır.
Mövzu bu olmadığından, ancaq Ağstafa və Qazax rayonlarından çoxsaylı müraciətlərin ümumi məzmununu ümumililəşdirərək qənaəti bölüşürük.
Belə hesab edilir ki, saxta əlillərin müəyyənləşdirilərək təyinatlarının ləğvi ilə parallel, həqiqətən əlillik təyinatı şamil edilməli yüzlərlə xəstə narazı salınıb. Hazırkı şəraitdə nazirlik rəsmilərinin yanaşmasından belə anlaşılır ki, həmin xəstə şəxslərə də əlillik təyin etmək fikirləri yoxdur. Bununla da bu qrupdan olan şəxslər hakimiyyət rəsmilərindən narazı qalıb.
Və hesab edilir ki, ƏƏSMN Sahil Babayev həqiqətən saxta əlillik almış şəxsləri müəyyənləşdirmək istəyirsə, ömürlük qrup təyin edilmiş şəxslərin ən azı 50 faizini təkrar müayinədən keçirsin, kimi iddialar müraciətlərdə yer alır. Azərbaycanda Psixiatriya xəstəxanalarının əvvəllər və hazırda da ömürlük “əlil” etdiyi yüzlərlə şəxsə qarşı mübarizə aparılmalı olduğundan bəhs edilir. Onların dəli, yoxsa sağlam olmalarını müəyyənləşdirmək elə də çətin deyil,- deyilir.
Faktinfo.az saytına Ağstafa rayonundan daxil olan, ictimailəşdirilməsi istənilən digər şikayət məktubunda əlillərin nazirliyin qarşısında narazılıqlarını bildirəcəklərindən də bəhs olunur.Və belə hesab edilir ki, ƏƏSMN-nin Respublika Tibbi Sosial Ekspertiza mərkəzinə göndərilən bildirişlərin əsassız yerdən “çıxdaş edilməsi”nə nazir Sahil Babayevin yaxın qohumu Mətanət Məmmədova rəhbərlik edir. Bu xanımın vəzifəsi məqsədli şəkildə tez-tez dəyişdirilir, bəzən o, heç nədən xəbəri olmamış kimi davranır, amma bütün məsələləri Mətanət Məmmədova idarə edir. Onun xəbəri olmadan kənar heç bir iş görülmür.
Həmçinin vurğulanır ki, təyinatı dayandırılmış əlillər ələ də salınır. Onların F-88 məlumatları xəstəlik kodları üzrə işlənib onlayn göndərildikdən sonra telefonlarına Respublika Tibbi Sosial Ekspertiza Mərkəzindən təkrar-təkrar cavab gəlir ki, stasionar müalicə götürməlisiniz. Bir çox xəstələrin telefonlarına isə müxtəlif bəhanələr gətirilərək, orfoqrafik səhvlərlə dolu bir cümləlik məlumat göndərilir. “Göndəriş natamam doldurulma səbəbindən səhiyyə müəssisinə geri qaytarılır.” Belə bir cümləlik əsaslandırılmamış mesajlar artıq insanların əsəblərini tarıma çəkib.
Qeyd edək ki, ƏƏSMN-nin Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə göndərilən bildirişlər üzrə əlilliyi ləğv edilən və ya sənədləri geri qaytarılan insanlar arasında çox ciddi xəstələr var ki, onlar bu günlərdə 3-5 manat dəyərində dərmanı almaq iqtidarında deyillər. Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinin həkimləri isə iflic, bir neçə dəfə ürək əməliyyatı keçirən, boyunda yaranmış yırtıq səbəbindən günaşırı ağrıları tutan, ağır dərəcəli zobdan bir neçə dəfə əməliyyat olunan, kəskin revmatiq qızdırma ilə yaşayan, mərkəzi sinir sistemi zədələnməsi səbəbindən qol və ayaqda parezi olan, onkoloji xəstəlikdən əziyyət çəkən yüzlərlə xəstənin əlillik təyinatını dayandırıb və ya onların sənədlərini “düzəliş, stasionar, natamam doldurulma” səbəbilə geri qaytarıb.
Nəzərə alsaq ki, elə əlillər var ki, şəhər mərkəzində yaşayır, onların həyətyanı sahəsi,toyuq-cücəsi,islahat torpağı yoxdu, belə şəxslərə qarşı ƏƏSMN Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinin münasibəti təqdirə layiq hesab edilə bilməz.
Faktinfo.az
Paylaş:
Müəllif : Fuad
Tarix:11-12-2021, 09:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər