1-ci Qarabağ müharibəsi əlillərinə sığorta pulu nə vaxt veriləcək? - “Yaxın vaxtlarda...”
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə, Birincə və İkinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə və sağlamlığını itirən şəxslərə dövlət qayğısı, təqaüd və müavinətlərin verilməsi daim gündəmdədir.
İkinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik sığorta ödənişi verilsə də, 30 ildən artıq bir müddətin ötməsinə baxmayaraq, hələ də Birinci Qarabağ müharibəsi əlilləri bu ödənişi ala bilməyiblər. Bu istiqamətdə problemin həll olunacağı bildirilsə də, hələ bu sahədə yenilik yoxdur.
Belə ki, uzun müzakirə və tələblərdən sonra I Qarabağ savaşında şəhid olanların ailələrinə 11 min manat sığorta pulu ödənilsə də, əlillərlə bağlı problem hələ də həllini tapmayıb. I Qarabağ savaşında şəhid olanların ailələrinə dövlət başçısının tapşırığı ilə birdəfəlik sığorta ödənişi edilsə də, əlillər hələ də ödənişi almayıb. İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və əlilləri isə artıq sığorta ödənişlərini alıblar.
Qeyd edək ki, birdəfəlik ödənişin məbləği şəhid ailələri üçün 11 min manat, I qrup Qarabağ əlilləri üçün onun 80 faizi - 8800 manat, II qrup Qarabağ əlilləri üçün 60 faizi – 6600 manat, III qrup Qarabağ əlilləri üçün isə 40 faizi - 4400 manatdır. Artıq 2021-ci ilin başa çatmasına az bir müddət qalıb və hələ ki, bu istiqamətdə yenilik yoxdur.
Bu barədə müvafiq qurumların qərarı nədir?
I Qarabağ müharibəsi əlillərinə sığorta pulunun ödənilməsi ilə bağlı “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Cebhe.info-ya bildirib ki, hələ də onlara sığorta ödənişləri olmayıb:
“Dövlət büdcəsindən pul ayrılıb. Prezidentin göstərişi ilə bu iş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Yanvardan bu işə başlanılacağı deyilir”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı da bildirib ki, I Qarabağ müharibəsi əlillələrinə birdəfəlik sığorta pulunun ödənilməsiylə bağlı müvafiq işlərə başlanılıb:
“Bu barədə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-12-2021, 17:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər