reklam
Regionxeberlericom.az » Sosial » Naxçıvanda dəmiryolçuların maaşı verilmir - "...həmin pulu da xərcləmişik, üstəlik borclanmışıq"

reklam

Naxçıvanda dəmiryolçuların maaşı verilmir - "...həmin pulu da xərcləmişik, üstəlik borclanmışıq"

















Artıq 5 aydan çoxdur ki, Naxçıvan Dəmir Yolları MMC-nin işçiləri maaşlarını ala bilmirlər.

Bu haqda "Gündəlik Naxçıvan"a bir qrup dəmiryolçu məlumat verib.

Onların sözlərinə görə, buna səbəb kimi maliyyə çatışmazlığı göstərilir.

Şikayətçilərdən M.Əliyev deyir ki, uzun müddətdir maaşlarını ala bilmədiklərindən çoxlu maliyyə problemləri ilə üzləşiblər: "Deyirlər Zəngəzur dəhlizi açılacaq, Bakıya qatarlar da işləyəcək. Bu lap yaxşıdı. Ancaq necə olur ki, pu proyektə pul tapa bilirlər, biz dəmiryolçuların maaşını verə bilmirlər? Biz olmasaq dəmiryolu necə işləyəcək. Dəmiryolçu var ki, maaş almadığını görə, artıq evində çörək də yoxdur. Dükanlar nisyə vermirlər. Onları da qınamaq olmur. Beş aydır gözləyirlər ki, köhnə borclarını versinlər. Mənim uşağım xəstədi, evin də tək işləyəniyəm. Hər ay maaşımın yarısını onsuz da dava-dərmana verirəm. İndi pul yoxdur ki, müalicə davam eləsin. Müalicə nədir, heç normal yeyəcək tapa bilmirik. Soruşuruq, deyirlər maliyyə çatışmazlığı var. Belədirsə, başqaları niyə alır maaşlarını?"

Tələbə atası olan digər şikayətçi S. Əsgərov isə deyir ki, maaşı ala bilmədiyindən, övladının təhsilhaqqını da ödəyə bilmir: "Övladıma son xəbərdarlıq edilib ki, təhsil haqqını ödəsin, yoxsa qovacaqlar universitetdən. Mən hər ay maaşımı bir hissəsini ayırırdı ki, yığım, uşağın təhsil haqqını ödəyim. 5 aydır maaş ala bilmirik deyə, həmin pulu da xərcləmişik, üstəlik borclanmışıq da".

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublika Maliyyə Nazirliyinin xəzinə şöbəsinin əməkdaşı Nurlan Hacıyev "Gündəlik Naxçıvan"a bildirib ki, maaşların gecikməsinə səbəb, struktur dəyişikliyi olub: "Vəsaitlər əvvəllər Bakıdan ayrılırdı, qurum daha ordan maliyyələşmir. Gecikmə buna görə baş vermişdi. Artıq işçilərin maaşı üçün vəsait ayrılıb. Onlar 3-4 içərisində bütün gecikmiş maaşlarını ala biləcəklər".




Paylaş:


Müəllif : Tarix:
15-12-2021, 09:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər