reklam
Regionxeberlericom.az » Sosial » “Yeni Masazır”da ŞÜBHƏLİ OLAY - Hadisə ört-basdır edilir

reklam

“Yeni Masazır”da ŞÜBHƏLİ OLAY - Hadisə ört-basdır edilir



















RealMedia.az xəbər verir ki, iki gün əvvəl Bakıda Masazırgölü ilə üzbəüz yerləşən ərazidə “Yeni Masazır” Yaşayış Kompleksində işləyən fəhlərdən bir (iddia olunur ki, həmin şəxs əslən Cəlilabad rayonundan olmaqla, 1 üşaq atasıdır) binanın 11-ci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. Və vəziyyəti ağırdır. Hazırda həmin şəxs M. Qasımov adın Respublika Klinik Xəstəxanasına yerləşdirilib. İddia olunur ki, hazırda baş vermiş hadisə şirkət rəhbərliyi tərəfindən ört-basdır edilir.

Təssüfləndirici hal ondan ibarətdir ki, məlum hadisə ilə bağlı bugünə qədər hüquq mühafizə orqanlarına nə xəstəxana tərəfindən, nə də şirkət tərəfindən heç bir məlumat verilməyib.

Bilgilərə görə fəhlənin hündürlükdən yıxılmasına səbəb binanın təhlükəsizlik qaydalarına əməl olunmamasıdır. Eyni zamanda da bildirilir ki, şirkət tərəfindən işə götürülən işçilərlə əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə əmək müqaviləsi bağlanmayıb, baş verə biləcək bədbəxt hadisəyə görə isə onlar sığorta olunmayıblar.

P.S. RealMedia.az məlum hadisə ilə bağlı qarşı tərəfin mövqeyini öyrənib. Şirkətdən bildirilib ki, qeyd olunan məsələylə bağlı araşdırma aparılıb və belə bir hadisə baş verməyib.




Paylaş:


Müəllif : Tarix:
16-12-2021, 15:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər