reklam
Regionxeberlericom.az » Sosial » "Onların ölümü Əli İnsanovun vicdanına yazılıb" - İTTİHAM

reklam

"Onların ölümü Əli İnsanovun vicdanına yazılıb" - İTTİHAM















"Atamın həkim dostu danışırdı ki, Lənkəran xəstəxanasına 90-cı illərin sonunda (onda səhiyyə naziri Əli İnsanov idi) bir xəstə gətirilib. Xəstə təcili əməliyyat olunmalı imiş. Dövlət xəstəxanasında əməliyyatlar rəsmən ödənişli idi, üstəlik də dərmanpulu və həkimin zəhmət haqqı... Xəstə əməliyyat üçün 900 min manat, indiki hesabla 200 manat rəsmi ödəniş etməliymiş. Adam kasıb olduğundan həkim deyir ki, sən rəsmi ödənişi elə, dərman xərci mənlikdir, üstəlik də zəhmət haqqı lazım deyil. Ancaq rəsmi ödənişi elə yoxsa, baş həkim əməliyyata icazə vermir. Bəlkə də indi 200 manat çoxlarına balaca məbləğ görünə bilər. Ancaq o illərdə Azərbaycanda orta aylıq əmək haqqı 30-35 manat idi. Xəstə razılaşır və gedir. Bir neçə gün keçir ondan xəbər çıxmır, həkim narahat olub onu axtarır. Məlum olub ki, xəstə 200 manatı tapa bilməyib və ölüb". DİA.AZ hurriyyet.az-a istinadən xəbər verir ki, bu fikirlər "Güzəran" Sosial Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı-ekspert Qadir İbrahimliyə məxsusdur.

İqtisadçı-ekspertin sözlərinə görə, belə faktlar yüzlərlə, bəlkə də minlərlədir və onların ölümü Əli İnsanovun vicdanına yazılıb: "Çünki ödənişli səhiyyədən gələn pullar İnsanovun cibinə axırdı. Məhz bu səbəbdən də Əli İnsanova münasibətim birmənalı mənfidir. Hətta o həbsxanada hakimiyyət əleyhinə sərt bəyanatlar verəndə də ona münasibətim zərrə qədər dəyişmədi və dəyişməyəcək də".

Qadir İbrahimli onu da əlavə edib ki, Əli İnsanovla hakimiyyət arasında ciddi fikir ayrılığı olmayıb: "Sadəcə, İlham Əliyev hakimiyyətə gələndən sonra İnsanov əsəbləşirdi ki, 91-lərdən və Heydər Əliyevin hakimiyyətə gəlməsində xidmətləri olan bir şəxs kimi niyə ona münasibət isti deyil. Bu hikkəsi də onu həbsxanaya apardı. Axı, o həmişə piroqun yağlı yerindən yeməyə adət etmişdi".





Paylaş:


Müəllif : Tarix:
17-12-2021, 13:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər